Menyu

Hüquqi Bildiriş

www.carlsbergazerbaijan.az qeydiyyatdan keçmiş ofisi Şamaxı şossesi 1, Xırdalan, Abşeron rayonu ünvanında Azərbaycanda yerləşən “Carlsberg Azerbaijan” MMC (bundan sonra ‘Carlsberg’, “biz” və ya “bizə” adlandırılacaq) tərəfindən idarə olunur. Saytdan istifadə zamanı problem ilə üzləşdikdə və ya saytla bağlı rəy bildirmək istədikdə bizimlə əlaqə saxlaya bilərsiniz.

İstifadəçilərin paylaşdıqları bütün şəxsi məlumatlar ilə bağlı Carlsberg-in məxfilik qaydaları tətbiq olunur.

Bu hüquqi bildiriş Danimarka qanunları ilə tənzimlənir və onunla bağlı yaranan və qarşılıqlı anlaşma yolu ilə həll edilə bilməyən bütün mübahisəli məsələlər Danimarka məhkəmələrində həll olunacaq.

Sayta giriş və saytın məzmunu

Bu saytda məlumatlar “göstərildiyi kimi” və “mövcud olduğu kimi” əsasları üzrə təmin olunur. Carlsberg Azerbaijan bu saytın fasiləsiz fəaliyyətinə və xətaların olmayacağına dair zəmanət vermir. Carlsberg Azerbaijan saytdakı məlumatların düzgünlüyünü təmin etmək üçün bütün zəruri addımları atsa da buradakı hər hansı məlumatın tam və ya etibarlı olması ilə bağlı zəmanət vermir. Saytımızdakı məlumatlar etibarlı tövsiyə xarakteri daşımır.  

Qanunvericiliyə uyğun olaraq Carlsberg Azerbaijan saytla bağlı şərtlərə, nəzərdə tutulan və ya qanuni zəmanətlərə, o cümlədən keyfiyyət zəmanətinə, məlumatların məqsədə və qanunvericiliyə uyğunluğuna görə məsuliyyət daşımır. Carlsberg Azerbaijan bu saytda yerləşdirilən hər hansı məlumatdan istifadə nəticəsində yaranan birbaşa və ya ikinci dərəcəli zərər və ya itkiyə görə məsuliyyət daşımır.

Bu saytla bağlı bizə bildirilən bütün rəylər Carlsberg Azerbaijan-ın əmlakına çevriləcək və məxfi hesab olunmayacaq.

Müəyyən zamanlarda biz saytın bəzi bölmələrinə və ya bütün sayta daxil olmaq imkanını məhdudlaşdıra bilərik.

Müəlliflik hüququ və əmtəə nişanları

Digər bir şəkildə nəzərdə tutulmadığı təqdirdə bu saytdakı bütün əmtəə nişanları və bütün materiallar, həmçinin, tərtibat, mətn, qrafik və şəkillər ilə bağlı müəlliflik hüququ Carlsberg Azerbaijan-a və ya onun üçüncü tərəf lisenziya sahiblərinə məxsusdur.

Saytımızdakı materiallar və məlumatlar yalnız qeyri-kommersiya məqsədilə və şəxsən istifadə üçün tüklənə, çap edilə və ya çoxaldıla bilər. Surəti çıxarılmış materiallarda bütün müəlliflik hüququ və ya digər mülkiyyət hüquqları ilə bağlı bildirişlər göstərilməlidir. Bizim öncədən yazılı şəkildə razılığımız olmadan bu saytdakı məlumatlardan burada göstərilənlər xaricindəki hər hansı məqsədlə bağlı istifadəyə icazə verilmir.

Digər vebsaytlara linklər

Bu saytda üçüncü tərəf saytların linkləri göstərilə bilər və Carlsberg Azerbaijan bu üçüncü tərəf saytların idarəsini və ya onların hər hansı bir şəkildə təsdiqlənməsini həyata keçirmir. Carlsberg Azerbaijan linkdə göstərilən üçüncü tərəf saytlarda yerləşdirilmiş məlumatlara və ya bu saytlardan istifadə nəticəsində yaranan problemlərə görə heç bir öhdəlik daşımır.

Məlumatın açıqlanması

Biz sizin şəxsi məlumatlarınızı bizimlə eyni şirkətlər qrupuna daxil olan digər bir şirkətə açıqlaya bilərik. Biz sizin tələblərinizin icrası ilə bağlı lazım olmadığı təqdirdə sizin öncədən razılığınız olmadan şəxsi məlumatlarınızı satmayacağıq və ya ötürməyəcəyik.

Biz qanunvericiliyin tələblərinə əməl etmək, hüquqi iddianı təmin etmək, istehlakçıların şikayətləri və ya qanun pozuntuları ilə bağlı araşdırma aparmaq, Saytın bütövlüyünü qorumaq, sizin tələblərinizi yerinə yetirmək və hər hansı hüquqi araşdırmaya kömək etmək məqsədilə sizə məxsus məlumatlardan istifadə etmək və ya onları açıqlamaq hüququna malikik. Biz, həmçinin, aşağıdakı hallarda sizə məxsus şəxsi məlumatları üçüncü tərəflərə açıqlaya bilərik:

  • öz müəssisəmizi və ya aktivlərimizi satarkən müəssisənin və ya aktivlərin yeni sahibinə sizin şəxsi məlumatlarınızı açıqlamaq zərurəti yarandıqda;
  • müəssisəmiz və ya bütün aktivlərimiz üçüncü tərəfə təhvil verildikdə bizim müştərilər ilə bağlı saxladığımız şəxsi məlumatlar da təhvil verilən aktivlər sırasında olacaq.

Məxfilik Siyasəti

Carlsberg Azerbaijan MMC (“biz” və ya “bizə”) vebsaytdan (“sayt”) istifadə edən bütün şəxslərin şəxsi məlumatlarının qorunmasına hörmətlə yanaşır. Bu məxfilik qaydalarında bizim sizdən məlumat toplamağımız və ya sizin açıqladığınız məlumatlardan istifadə ilə bağlı bütün prosedurlar əks olunmuşdur. Xahiş edirik ki, bir qədər vaxt ayırıb məxfilik qaydalarımızı hərtərəfli şəkildə gözdən keçirəsiniz. Sizə kömək etmək üçün bu qısa xülasəni təqdim edirik.   

  1. Biz sizin şəxsi məlumatlarınızdan sizin tələblərinizi yerinə yetirmək və sizə daha yaxşı xidmət göstərmək üçün istifadə edirik.
  2. Biz sizə yalnız qəbul etmək istədiyiniz materialları göndərəcəyik və sizin imtina tələblərinizi yerinə yetirəcəyik.
  3. Biz saytımızın istifadəçilərinin üstünlük verdikləri bölmələri müəyyən etmək, saytın funksionallığını artırmaq və istifadəçilərin məqsədlərinə müvafiq olan məlumatları təklif etmək üçün cookie-lərdən və veb mayaklardan istifadə edirik.
  4. Biz sizin şəxsi məlumatlarınızı qorumaq üçün bütün zəruri prosedurları qəbul edirik.
  5. Biz hüquqi tələbi yerinə yetirmək və ya əmlakımızı qorumaq üçün müəyyən vəziyyətlərdə məlumatı açıqlamaq və ya ondan istifadə etmək hüququna malikik.
  6. Biz məlumatların qorunmasına dair qüvvədə olan qanunlar üzrə öhdəliklərimizə əmək edirik.

Şəxsi məlumatlar hansı hallarda əldə olunur?

Biz yalnız istifadəçinin könüllü şəkildə təqdim etdiyi ad, ünvan, e-mail ünvanı, sevimli məşğuliyyət, zövq və seçimlər kimi fərdi məlumatları, o cümlədən demoqrafik məlumatları (yaş, cins və s.) toplayırıq. Bu məlumatları açıqlayan zaman siz onların yuxarıdakı məqsədlər ilə bağlı istifadəsinə razılıq vermiş olursunuz.

İstifadəçilər yarışlarda iştirak etmək, informasiya əldə etmək və ya rəy bildirmək üçün şəxsi məlumatları təqdim edə bilər. Biz saytımıza yalnız qanunda göstərildiyi kimi spirtli içki qəbulu yaşına çatmış şəxslərin daxil olduğundan əmin olmaq üçün sizdən yaşınız ilə bağlı məlumatları qeyd etməyinizi xahiş edirik.  

Biz, həmçinin, istifadəçilərdən saytdan istifadə ilə bağlı məlumat toplaya bilərik. Bu məlumatlara trafik haqqında məlumat, məkan məlumatları, istifadə etdiyiniz resurslar və s. daxildir.

Biz informasiyadan hansı məqsədlə istifadə edirik?

Biz şəxsi məlumatları aşağıdakı məqsədlər ilə toplayırıq:

  • sizin yarış və müsabiqələrdə iştirakınızı təmin etmək və yarışların nəticələri ilə bağlı sizə məlumat vermək;
  • qeyd etdiyiniz e-mail, telefon və ya digər əlaqə məlumatlarından istifadə edərək tələbinizə uyğun şəkildə sizə yeniliklər, xəbərlər, məhsul və şirkətlər barədə məlumat göndərmək;
  • suallarınıza, rəylərinizə və ya digər fikirlərinizə cavab vermək;
  • saytın müəyyən bölmələrində sizi qeydiyyatdan keçirmək;
  • sizin istəklərinizə və məqsədinizə uyğun məlumat və ya informasiyanı təmin etmək;
  • Saytdakı məlumatların siz və kompyuteriniz üçün ən səmərəli şəkildə təqdim olunmasını təmin etmək.

Şəxsi məlumatlarınızı qorumaq üçün nə edilir?

Sizdən topladığımız məlumatlar bizim əməkdaşlarımız və ya bizimlə eyni şirkətlər qrupuna daxil olan şirkətlərin əməkdaşları və ya xidmət təchizatçılarımız və ya tərəfdaşlarımızın hər hansı biri tərəfindən emal olunur. Bu əməkdaşlar sizin qarşınızdakı öhdəliklərimizin icrasını və dəstək xidmətlərinin təmin olunmasını da həyata keçirirlər.

Qeyd etdiyiniz hər hansı şəxsi məlumat bizim sistemlərimizdə və ya bu saytı idarə edən digər bir şirkətə məxsus sistemlərdə təhlükəsiz şəkildə saxlanılacaq.

Biz, həmçinin, bu Saytın tərtib olunması, oradakı məlumatların sizə təqdim edilməsi, tələblərinizin yerinə yetirilməsi kimi işlərdə və sizin qarşınızdakı öhdəliklərimizin icrasında nümayəndəmiz qismində bizimlə əməkdaşlıq edən üçüncü tərəflərin də istifadəçilərə xidmət göstərərkən şəxsi məlumatlarının məxfiliyinin qorunmasını təmin etmək üçün zəruri olan bütün tədbirləri görürük.

Təəssüf ki, internet vasitəsilə informasiyanın ötürülməsi tamamilə təhlükəsiz deyil. Biz sizin şəxsi məlumatlarınızı qorumaq üçün nə qədər zəruri tədbir görsək də sizin saytda yerləşdirilmiş məlumatlarınızın təhlükəsizliyinə zəmanət vermirik. Saytda yerləşdirdiyiniz məlumatlara görə özünüz cavabdeh hesab olunursunuz. Biz sizdən informasiyanı qəbul etdikdə həmin informasiyanın kənar şəxslərin əlinə keçməsinin qarşısını almaq üçün bütün lazımi prosedurlardan və təhlükəsizlik tədbirlərindən istifadə edəcəyik.

Digər saytlara linklər

Biz digər saytların linklərini təklif edə bilərik. Biz sadəcə bizimlə eyni dəyərləri paylaşan saytların linklərini paylaşmağa çalışırıq. Siz linki göstərilmiş hər hansı saytın  məlumat toplama və cookie-lərdən istifadə qaydaları ilə tanış olmaq üçün həmin saytın məxfilik qaydalarını gözdən keçirməlisiniz. Biz digər şirkətlərin idarə etdikləri saytlarda paylaşılan məlumatlara və bu saytların məlumat toplama qaydalarına görə məsuliyyət daşımırıq. Siz digər bir saytdan istifadə etdikdə həmin saytın məxfilik qaydaları və digər qaydaları ilə tanış olmalısınız.

Məlumatın açıqlanması

Biz sizin şəxsi məlumatlarınızı bizimlə eyni şirkətlər qrupuna daxil olan digər bir şirkətə açıqlaya bilərik. Biz sizin tələblərinizin icrası ilə bağlı lazım olmadığı təqdirdə sizin öncədən razılığınız olmadan şəxsi məlumatlarınızı satmayacağıq və ya ötürməyəcəyik.

Biz qanunvericiliyin tələblərinə əməl etmək, hüquqi iddianı təmin etmək, istehlakçıların şikayətləri və ya qanun pozuntuları ilə bağlı araşdırma aparmaq, Saytın bütövlüyünü qorumaq, sizin tələblərinizi yerinə yetirmək və hər hansı hüquqi araşdırmaya kömək etmək məqsədilə sizə məxsus məlumatlardan istifadə etmək və ya onları açıqlamaq hüququna malikik. Biz, həmçinin, aşağıdakı hallarda sizə məxsus şəxsi məlumatları üçüncü tərəflərə açıqlaya bilərik:

  • öz müəssisəmizi və ya aktivlərimizi satarkən müəssisənin və ya aktivlərin yeni sahibinə sizin şəxsi məlumatlarınızı açıqlamaq zərurəti yarandıqda;
  • müəssisəmiz və ya bütün aktivlərimiz üçüncü tərəfə təhvil verildikdə bizim müştərilər ilə bağlı saxladığımız şəxsi məlumatlar da təhvil verilən aktivlər sırasında olacaq.

Hər hansı sualım olduqda, informasiyanı əldə etmək, yeniləmək və ya silmək istədikdə və ya növbəti məlumatları qəbul etməkdən imtina etmək istədikdə nə etməliyəm?

Məlumat bazamızda sizinlə bağlı saxladığımız informasiyanı əldə etmək, yeniləmək və ya silmək istədikdə və ya növbəti məlumatların qəbulundan imtina etmək istədikdə və ya məxfilik qaydalarımız ilə bağlı suallarınız yarandıqda bizimlə əlaqə saxlaya bilərsiniz.

İnformasiyanızın əldə olunması

Siz bizim sizinlə bağlı saxladığımız şəxsi məlumatların bir surətini tələb etmək hüququna maliksiniz. Bu zaman biz həmin məlumatların surətini sizə təqdim etmək üçün müvafiq xərc tətbiq edə bilərik. Siz, həmçinin, bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızdakı hər hansı yanlışı düzəltmək hüququ daşıyırsınız.

Yeniliklər

Biz öncədən heç bir bildiriş vermədən saytda yerləşdirilmiş bu məxfilik qaydalarına müəyyən vaxtlarda dəyişiklik edə bilərik. Biz saytda dəyişiklik edərkən sizin şəxsi informasiyanızdan istifadə etməyə ehtiyac duyduqda sizə bu barədə e-mail ilə bildiriş göndərəcəyik. Bu məxfilik qaydaları son dəfə 2010-cu ilin noyabr ayında yenilənib.