Menyu

Baş pivə bişirən

Vəzifə barədə ümumi məlumat

Baş pivə bişirənin vəzifəsinə pivə istehsalı prosesinə, energetika sexinin idarə edilməsi, yeni pivə növlərinin işlənib hazırlanması, keyfiyyətə nəzarətin təmin edilməsi və əməliyyatların idarə edilməsi daxildir. Baş pivə bişirən olaraq, sürətlə dəyişən mühitdə məhsuldarlığı artırmaq üçün Carlsberg-ə (dünyanın aparıcı pivə istehsalçılarından biri) dəstək olacaqsınız. Siz mədəniyyətlərarası idarəetmə komandalarının mühüm hissəsi olacaqsınız və ümid edirik ki, hər bir problemə müxtəlif perspektivlərdən yanaşacaqsınız.  

 

Vəzifə öhdəlikləri

Əsas vəzifə öhdəlikləriniz aşağıdakılardır:

  • Pivə istehsalı sexi və Energetika xidməti şöbəsinin vaxt qrafikinə uyğun və yüksək keyfiyyətli iş prosesinin təmin edilməsi
  • İstehsal prosesinin bütün mərhələlərində zavodun texniki və iqtisadi göstəricilərinin yaxşılaşdırılması istiqamətində işlərin koordinasiyası
  • Məqsədlərə nail olmaq və Keyfiyyət İndeksi üzrə göstəricilərin yaxşılaşdırılması istiqamətində görülən işlərin əlaqələndirilməsi və fəaliyyətlərin həyata keçirilməsinə nəzarət etmək
  • İstehsal xərclərinin optimallaşdırılması
  • Əvvəlcədən müəyyənləşdirilmiş texniki xidmət və təmir, əvvəlcədən müəyyənləşdirilməmiş təmir üzrə işlərin planlaşdırılması, koordinasiyası və nəzarət;
  • Təyin olunmuş istehsalat binalarında və ərazilərdə tabeliyində olan işçilər tərəfindən sanitar norma və qaydalara, sanitar şəraitə və mikrobioloji təmizliyə riayət edilməsinə nəzarət etmək;
  • Daxili şöbələr və xarici təşkilatlarla qarşılıqlı əlaqə.

 

Əsas tələblər:

  • Texniki/fermentasiya texnologiyası sahələri üzrə ali təhsil
  • Pivəbişirmə sahəsi üzrə xüsusi biliklər və ən azı 5 il iş təcrübəsi, həmçinin rəhbər vəzifələrdə ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan dilini səlis bilmək; Yuxarı-Orta (Upper Intermediate) səviyyədə ingilis dili və rus dili biliyi arzuolunandır
  • MS Office proqramından yüksək peşəkarlıqla istifadə

 

Aşağıdakılar haqqında məlumatlı olan namizədlərə üstünlük veriləcək:

  • Pivənin sensor qiymətləndirilməsi və pivə istehsalı
  • Yerində təmizləmə/Sanitariya ilə bağlı iş texnologiyaları
  • Xammalın satın alınması və sifarişi
  • Texniki şərtlər və təlimatlar
  • İşçinin peşə fəaliyyəti və işəgötürənlə əmək münasibətləri sahəsində normativ sənədlər
  • İşçilərin xidməti vəzifələrinin icrası ilə bağlı Azərbaycan Respublikasının mövcud qanunvericiliyi
  • Dövlət qurumlarının qərar və sərəncamları
  • Milli və sənaye standartları

 

Üstün cəhətlərimiz

Carlsberg-də biz daha yaxşı bu gün və sabah üçün pivə bişiririk və sizə şirkətimiz daxilində inkişaf etməyiniz üçün bərabər imkanlar təklif edirik. Hesab edirik ki, hər bir işçi öz karyera yolunu özü müəyyənləşdirir və biz daxili vəzifə yüksəlişləri, Qısa/Uzun Müddətli Tapşırıqlar (STA/LTA) və müxtəlif bazarlarda ekvivalent fəaliyyətlər vasitəsilə mümkün qədər çox inkişaf imkanları yaratmağa çalışmaqla onları tam dəstəkləyirik.

Bütün bunlar mədəni cəhətdən fərqliliklərin mövcud olduğu bir mühitdə baş verir, burada biz uğurlarımızı birlikdə qeyd edirik və haralı olmağınızdan, kim olmağınızdan və ya hansı təcrübələrə malik olmağınızdan asılı olmayaraq, sizə yalnız “XOŞ GƏLMİSİNİZ!” deyirik.

Tələblərimiz çoxdur, amma qarşılığında sizə aşağıdakıları vəd edirik:

  • Karyera imkanları
  • Perspektivli əmək haqqı şərtləri (illik əsas əmək haqqı + şirkət siyasətinə uyğun olaraq bonuslar)
  • Sosial paket (tibbi sığorta, nahar, nəqliyyat, mobil rabitə)

 

Müraciət etmək istəyirsiniz?

Xahiş edirik nəzərə alın ki, müraciətlər yalnız bu formada qəbul  edilir. Müraciətləri mütəmadi olaraq oxuyuruq. Vakansiyalar üçün müraciətlərin sayı təyin edilən son tarixdən daha erkən dola biləcəyi üçün, mümkün qədər tez müraciət etməyinizi tövsiyə edirik.

Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və eyni zamanda çətin vakansiyaya müraciət etmək istəyirsinizsə, xahiş edirik, nəzərdə tutduğunuz əmək haqqını qeyd etməklə CV-nizi Azərbaycan, rus və ya ingilis dillərində buraya göndərin.

Müraciətinizi səbirsizliklə gözləyirik.