Menyu

Carlsberg Azerbaijan MMC şirkətində tələbələr üçün iş təcrübəsi

Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli təcrübə keçmək və universiteti bitirdikdən sonra şirkətdə işləmək imkanı təklif edir.

      Əyani şöbədə 3-cü və daha yuxarı kursda oxuyan tələbələr (magistr və aspirantlar daxil olmaqla) Carlsberg Azerbaijan-da təcrübə proqramında iştirak edə bilərlər. Tələbələrə əmək müqaviləsi bağlamaq təklif olunur (müəyyən sınaq müddəti ilə). Təcrübə başa çatdıqdan sonra yüksək nəticələr göstərən təcrübəçilərə təcrübə və ixtisaslarına uyğun olaraq daimi iş təklif oluna bilər (Şirkətdə vakansiya olduğu halda).

Şirkətimizdə təcrübə keçməyin üstünlükləri:

Carlsberg Azerbaijan şirkətində təcrübə proqramı aşağıdakı imkanları verir

- ixtisas üzrə unikal və zəngin təcrübə qazanma

- peşəkar və fərdi bacarıqları təkmilləşdirmə

- ali təhsillə yanaşı, nüfuzlu işə düzəlmə

- yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak

Carlsberg Azerbaijan şirkətində təcrübə proqramı arzuladığınız karyeraya doğru ilk inamlı addımınız ola bilər!

Təcrübə proqramında iştirak barədə məlumat

Tələb olunan ixtisaslar və öhdəliklərin təsviri:

  • Mexatronikarobototexnika üzrə mühəndis

 - Rus dili – sərbəst (zəruridir)

 - İngilis dili - texniki

 - Mühəndis-elektronçunun köməkçisi kimi texnoloji maşın və avadanlıqların təmir və sazlama işlərində iştirak;

 - Nəzarət-ölçü cihazlarının diaqnostika və təmiri üzrə tapşırıqların icrası;

 - Müxtəlif texnoloji maşın və avadanlıqların sazlanması;

 - Pivəbişirmə prosesinin (pivəbişirmə texnologiyası, texnoloji maşın və avadanlıqların idarə olunması sistemi və iş prinsipləri) öyrənilməsi.

  • Mühəndis-mexanik

 - Rus dili – sərbəst (zəruridir)

 - İngilis dili - texniki

- Nasos, klapan, boru, fitinq və hidravlik sistemlərlə iş;

 - Sıxılmış hava, materialların möhkəmliyi, qaynaq və qaynaq texnologiyası terminologiyası barədə biliklər;

- Pnevmatik komponentlərdən istifadə, pnevmatik zəncirlərin layihələndirilməsi və nasazlıqların axtarışı, servopnevmatika;

 - İstehsalat çertyojlarının oxunması və başa düşülməsi;

 - Yol verilən artıq-əskiklik zəncirinin qurulması və həndəsi ölçülərin təhlili bacarıqları;

- Prosesin və hərəkətin idarə olunması prinsipi barədə anlayış; servointiqalları, enkoderləri,  doldurma və qablaşşdırma maşınlarında istifadə olunan bölüşdürülmüş intellekti və son avadanlığı əhatə edir

  • İqtisadçı (Planlaşdırma)

 - Rus dili – sərbəst (zəruridir)

 - İngilis dili - texniki

 - Əsas Excel bilikləri – məlumatları birləşdirmə bacarığı;

 - Texniki düşüncə tərzi;

  • Mikrobioloq

 - Rus dili – sərbəst (zəruridir)

 - İngilis dili - texniki

 - Məhsulların və yarımməhsulun mikrobioloji təhlilinin aparılması

 - Nümunələrin seçilməsi

 - Mayanın həll olunması

  • Maliyyə (Mühasibatlıq)

 - Rus dili – sərbəst (zəruridir)

 - İngilis dili - texniki

 - Kağız sənədlərlə iş;

 - Anbardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması;

 - Arxivləşdirmə;

 - Dövlət portallarından sənədlərin yüklənməsi;

 - Təchizatçılarla və müştərilərlə yoxlama;

  • Maliyyə (Audit)

 - Rus dili – Azərbaycan dili – sərbəst (zəruridir)

 - İngilis dili - texniki

 - Əsas daxili audit prinsipləri barədə biliklər;

 - Daxili auditin aparılması;

 - SharePoint CBAZ daxili portalında məlumatların müntəzəm olaraq yenilənməsi;

  • İnzibatçılıq və kadr kargüzarlığı R)

 - Rus dili – sərbəst (zəruridir)

 - İngilis dili - texniki

 - Sənəd dövriyyəsinin idarə olunması

 - Daxili əmrlərin, sərəncamların hazırlanması, imzalanması və məlumatların korporativ US-nə daxil edilməsi

 - Müəssisədə məzuniyyət günlərinə nəzarət

 

Namizədlərə tələblər:

-  3-cü və daha yuxarı kurs tələbələri

- Azərbaycan dili və rus dili sərbəst səviyyədə (danışıq və yazı), ingilis dili bilənlərə üstünlük verilir

- yüksək səviyyədə ünsiyyət qurma bacarıqları

- Internet Explorer ilə işləmə bacarığı  və MS Office (Ms Word, Ms Excel)  proqramları barədə biliklər

Necə iştirak etmək olar?

Carlsberg Azerbaijan şirkətinin Yay təcrübəsi proqramına seçimdə iştirak etmək istəyən şəxslər 20 aprel 2022-ci il tarixinə qədər keçidə daxil olaraq öz CV formalarını yükləyə bilərlər.

CV formasında təhsil aldığınız universitetin adı, ixtisasın, bacarıqlar və iş təcrübəsinin (varsa) göstərilməsi mütləqdir.

“Vakansiyanın adı” qrafasında “Yay təcrübəsi proqramı” göstərilməsi mütləqdir.