Menyu

Mühəndis-mexatronik

Əsas vəzifə öhdəlikləri: 

•    Elektron avadanlıqların düzgün texniki istismarını və fasiləsiz işləməsini təmin etmək
•    Elektron hesablama, radioelektron avadanlıqların və ayrı-ayrı qurğuların və qovşaqların element və bloklarının sazlanmasını həyata keçirir
•    Elektron avadanlığın texniki xidmətini təşkil edir, onun işlək vəziyyətini, rasional istifadəsini, profilaktik və cari təmir işlərinin aparılmasını təmin edir
•    Təmir işlərinin təsdiq edilmiş sənədlərə uyğun olaraq vaxtında və keyfiyyətli yerinə yetirilməsi üçün tədbirlər görür
•    Elektron avadanlığın təmirinə və sınaqdan keçirilməsinə, onların istismarı və texniki qulluğuna dair təlimatlara əməl olunmasına nəzarət edir
•    Elektron avadanlığın istifadə göstəricilərinin uçotunu aparır və təhlil edir, iş rejimlərini və iş şəraitini tədqiq edir, elektron avadanlıqların istismarı və texniki xidmətinə dair normativ materiallar hazırlayır
•    Elektron avadanlıqların ehtiyat hissələri və materiallarla vaxtında təmin olunmasına nəzarət edir, radioelektron avadanlıqların saxlanmasını təşkil edir.

 

Namizədlərə tələblər: 

•    Ali/orta təhsil (texniki)
•    Analoji vəzifədə ən azı 2 il iş təcrübəsi
•    Təcrübəli istifadəçi səviyyəsində Microsoft Office bilikləri
•    Mükəmməl səviyyədə Azərbaycan dili biliyi, ingilis və rus dili biliyi – arzuolunandır.

 

Bilik  və bacarıqlar:

•    istehsal çertyojlarını oxuya bilməli və başa düşməli
•    nasos və klapanlar barədə anlayışı olmalı
•    hidravlik sxemləri oxuya bilməli
•    elektrik çertyojlarını oxuya bilməli və başa düşməli
•    elektrik cihazları ilə işləmək
•    nəzarət-ölçü cihazları ilə işləmək və kalibrləmək (nəzarət-ölçü cihazları).

 

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV-nizi buraya göndərməyiniz xahiş olunur:


Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.