Əsas vəzifə öhdəlikləri:
- Şirkətin yerli brendlərinin, həmçinin lisenziyalaşdırılmış energetik içki brendinin aparılması
- Brendlər üçün marketinq planlarının hazırlanması
- Brendlərin reklam olunması/dəstəklənməsi üzrə layihələrin işlənib hazırlanması, hər brend üçün tədbirlər cədvəlinin hazırlanması və sonradan həyata keçirilməsi
- Yaradıcılıq və rəqəmsal agentliklərlə iş
- İnnovativ layihələrin işlənib hazırlanması, yeni məhsulların buraxılması
- Təkrar satış dinamikasının proqnozlaşdırılması və izlənilməsi
- Brend büdcələrinin aparılması
- Brendlərin büdcə xərclərinin monitorinqi
- Brendlərin effektivliyi və mənfəətliliyinin təhlili
- Reklam və PR tədbirlərinin hazırlanması və həyata keçirilməsi
- Reklam materiallarının (POSM) işlənib hazırlanması
Namizədlərə tələblər:
- ali təhsil (marketinq sahəsində arzuolunandır)
- beynəlxalq FMCG sahəsində marketinq sahəsində ən azı 3 il iş təcrübəsi
Bilik və bacarıqlar:
- iqtisadiyyatın əsasları, o cümlədən mənfəətin, gəlirliliyin və investisiya səmərəliliyinin hesablanması üsulları üzrə bilik
- menecment nəzəriyyəsi və təcrübəsi
- bazar, rəqib əhatəsi və makroiqtisadi vəziyyətin tədqiqi metodologiyası
- ticarət kanallarının marketinqi üzrə uzunmüddətli və qısamüddətli planların işlənib hazırlanması
- distribusiya kanallarının qurulması prinsipləri
- istehlakçılar, müştərilər və satış komandası üçün müxtəlif promo aksiya üsullarının planlaşdırılması və həyata keçirilməsi
- büdcələmə, büdcənin səmərəliliyinin idarə olunması və buna nəzarət üsulları
- satış və distribusiya göstəricilərinin biznes təhlili bacarıqları
- razılaşdırılmış məqsədlərə nail olmaq üçün satış kanallarının və marketinq tədbirlərinin inkişafının strateji planlaşdırması
- investisiya və çarpaz funksional layihələrin idarə olunmasında qabaqcıl səviyyədə olmaq
- ünsiyyət bacarıqları (işgüzar ünsiyyət etikası, danışıq və təqdimatların aparılması, qərar qəbulu, şikayətlərin aradan qaldırılması, liderlik, komanda işi, nəticəyönümlülük, öyrənmə və öyrətmə bacarığı)
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.