21 sentyabr 2020-ci ildə ölkənin ən iri pivə istehsalçısı olan Carlsberg Azerbaijan UAFA qeyri-hökumət təşkilatı ilə əməkdaşlıqda “toksik trio”nun gənclərə təsirini araşdıran tədqiqatın nəticələri üzrə onlayn mətbuat konfransı təşkil ediblər. Sosiologiyada nisbətən yaxın dövr ərzində yaranmış “toksik trio” anlayışı məişət zorakılığı, psixoaktiv maddələrdən sui-istifadənin yaranması halları, eləcə də psixi sağlamlıq problemləri arasındakı əlaqəni təsvir edir. Tədqiqatın məqsədi “toksik trio”nun Azərbaycan gəncləri üzərində təsir miqyasını anlamaq və sosial siyasət bu məsələləri nəzərə almadığı halda ictimaiyyətin diqqətini “toksik trio”nun tərkibinə cəlb etməkdir ki, uzunmüddətli perspektivdə bu, ölkə əhalisinin fiziki və psixoloji sağlamlığına təsir edə bilər.
Carlsberg Group-un bir hissəsi olan Carlsberg Azerbaijan şirkəti həmin araşdırmada iştirak edərək qarşısına məsuliyyətsiz alkoqol istehlakının ölkə gənclərinə təsirini öyrənmək və problemin miqyasını anlamaq məqsədini qoymuşdur. Tədqiqat nəticələri göstərmişdir ki, respondentlərin 33 %-i alkoqol asılılığı olan şəxslərlə nadir hallarda qarşılaşıblar, 8 %-i belələri ilə müntəzəm qarşılaşır, respondentlərin 10 %-i isə heç vaxt alkoqol asılılığı olanlarla qarşılaşmayıblar. Bu nəticələr ölkədə alkoqol asılılığının ciddi problem olmadığını təsdiqləyir.
Carlsberg Azerbaijan korporativ ünsiyyətlər departamentinin rəhbəri Lalə Əfəndi: “Məsuliyyətli alkoqol istehlakı məsələsi şirkətimiz üçün olduqca vacibdir və biz Carlsberg Group-un mövcud olduğu bütün bazarlarda Məsuliyyətli istehlak konsepsiyasını inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Təsadüfi deyil ki, SIFIR Məsuliyyətsiz istehlak Carlsberg Group-un Birlikdə SIFIRA Doğru dayanıqlı inkişaf proqramı çərçivəsində dörd ambisiyadan biridir: SIFIR Karbon İzi, SIFIR Su itkisi, iş yerində SIFIR bədbəxt hadisə və söz açdığımız SIFIR Məsuliyyətsiz İstehlak. Hər il sentyabr ayının ortalarında böyük pivə şirkətləri bütün dünyada ictimaiyyətin diqqətinin alkoqoldan sui-istifadə problemlərinə cəlb edilməsini nəzərdə tutan Ümumdünya Məsuliyyətli Pivə İstehlakı Gününü qeyd edir. Alkoqolizm statistikasının ölkəmizdə olduqca az olmasına baxmayaraq, biz Azərbaycanda məsuliyyətli istehlakın inkişaf etdirilməsi istiqamətində işləməyə davam edəcəyik”.
Belə ki, respondentlərin 76 %-i həyatda maddi qazancın təmin olunmasını əsas məqam kimi qəbul edir, 56 %-i hesab edir ki, kişilər sosial təzyiqə daha çox meyllidirlər və yalnız 7 %-i maddi təminatdan başqa, uşaqların tərbiyəsində və ailə həyatında iştirak etməyə vaxt tapırlar. Bu, gənclər arasında psixoloji sağlamlıq problemlərini dərinləşdirir və depressiyanın yaranması hallarını xeyli dərəcədə artırır. Tədqiqat göstərmişdir ki, respondentlərin 46 %-ı psixi sağlamlıq anlayışı ilə tanış deyil və təxminən 79 %-i psixoloji bu cür problemlə üzləşdikdə hara müraciət edəcəyini bilmir.
UAFA təşkilatının rəhbəri Qven Börçel: “Sosial Siyasət üzrə Məsləhətçi kimi mənim narahatlığım cəmiyyətdəki tendensiyaları təhlil etmək və cəmiyyətə təzyiq etməzdən əvvəl bunları siyasət və xidmətlər vasitəsilə həll etməkdir. Bu tədqiqat gənc kişilərin kommunizmdən bazar iqtisadiyyatına sosial-iqtisadi keçidə görə qarşılaşdıqları təzyiqləri vurğulayıb. Gənc kişilərin dəstəyə, sosial xidmətlərdən istifadəyə və uşaqlarını böyütməkdə oynaya biləcəkləri müsbət rol haqqında daha çox məlumata ehtiyacları var. Ümid edirəm ki, bu tədqiqat işi yaxın gələcəkdə gənclərlə bağlı siyasətə təsirdə rol oynayacaqdır.”
***
Carlsberg Azerbaijan pivə zavodu Azərbaycanın paytaxtından 10 km məsafədə - Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir, şirkətdə 260 nəfər əməkdaş və təqribən 400 nəfər bilavasitə işçilər (distributorlar, agentliklər, podratçılar) çalışır. Şirkətin zavodun inkişafına sərf etdiyi sərmayələrinin ümumi məbləği təqribən 50 mln AZN təşkil edir. Şirkət büdcəsinə illik vergi ayırmaları 18-20 mln AZN təşkil edir. Şirkət portfelində Xırdalan, Tuborg, Baltika, Kuler, Əfsanə, Carlsberg, Kronenbourg Blanc 1664, Seth&Riley's Garage və s. kimi brendlər var.