Menyu
Responsible Business Banner

Kompasımıza uyğun yaşamaq


Şirkətimiz səmərəli korporativ idarəetmə və məsuliyyətli biznes davranışı prinsipləri üzərində qurulub. Bu prinsiplər yalnız ESG fəaliyyətimizin təməlini təşkil etmir, həm də biznesimizin ümumi fəaliyyətinin əsasını təşkil edir. Biz bütün əməliyyatlarımızda və dəyər zəncirimiz boyunca etik prinsiplərə və dürüstlüyə riayət etməyi öhdəmizə götürmüşük. Bu yanaşma güclü uyğunluq proqramı, aydın siyasətlər və möhkəm korporativ idarəetmə ilə dəstəklənir.

2025-ci ildə Etika və Davranış Kodeksini yeniləyərək və qlobal siyasətlər çərçivəsini sadələşdirərək dürüstlük prinsiplərinə sadiqliyimizi daha da gücləndirdik. Bu təşəbbüs irsimizi və İnkişaf Mədəniyyəti prinsiplərimizi əks etdirməklə yanaşı, bütün əməkdaşlar üçün aydınlığın və əlçatanlığın təmin olunmasına xidmət edir.

İnsan hüquqları

Carlsberg Group-da insanlara hörmət biznesimizi necə həyata keçirdiyimizin ayrılmaz hissəsidir. BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq, insan hüquqları da daxil olmaqla, bu sazişin 10 prinsipinə sadiqik. Həmçinin BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə (UNGP-UN Guiding Principles) əməl etməyi öhdəmizə götürmüşük və bu prinsiplərin meyarlarına uyğun olaraq, davamlı şəkildə lazımi yoxlama və qiymətləndirmələr aparırıq.  

Möhkəm İnsan Hüquqları Siyasətimizə əsaslanaraq, həm öz əməliyyatlarımızda, həm də təchizatçılarımız vasitəsilə insanlar üçün mənfi təsirləri müəyyən etmək, onların qarşısını almaq və aradan qaldırmaq istiqamətində çalışırıq. Yanaşmamız və əldə etdiyimiz irəliləyiş barədə iki ildən bir dərc etdiyimiz İnsan Hüquqları Hesabatında şəffaf şəkildə məlumat veririk.

Etibarlı Mənbələrdən İstifadə

Dünyanın müxtəlif yerlərində on minlərlə təchizatçı ilə əməkdaşlıq edirik. Bu biznes tərəfdaşlarımız məhsullarımız üçün xammal, qablaşdırma materialları və logistika xidmətləri, eləcə də fəaliyyətimizin davamlılığını təmin edən digər məhsul və xidmətlərlə təmin edirlər. Biz dəyərlərimizi və biznesə məsuliyyətli yanaşmamızı bölüşən təchizatçılarla əməkdaşlığa üstünlük veririk.

Bizimlə əməkdaşlıq etmək üçün təchizatçılar Təchizatçı və Lisenziatın davranış kodeksi və ona əlavə olunan texniki standartlarda müəyyən edilmiş tələblərə cavab verməli, həmçinin bu standartların öz təchizatçılarına da tətbiq olunmasını öhdələrinə götürməlidirlər. Bu aydın tələblər əsasında yüksək riskli sahələrdə lazımi yoxlama və qiymətləndirmə proseslərini gücləndirmək üçün təchizatçılarımızla birgə çalışır, dəyər zəncirimiz boyunca standartların və təcrübələrin təkmilləşdirilməsi məqsədilə tərəfdaşlarımızla əməkdaşlıq edirik.  

Explore our ambitions

Karbon tullantılarını azaltmaq

Karbon tullantılarını azaltmaq

Biz dəyər zəncirimiz boyunca emissiyaları azaltmağa və iqlim dayanıqlılığını gücləndirməyə sadiqik. Öz fəaliyyətimiz və təchizatçılarımızı əhatə edən konkret hədəflərlə “Karbon tullantılarının azaldılması” istiqaməti bizim dövri və xalis sıfır emissiyalı gələcəyə aparan yolumuzu müəyyən edir.

Seçimi yönləndirmək

Seçimi yönləndirmək

Biz məlumatlı və məsuliyyətli istehlakı təşviq etmək üçün innovasiyalar tətbiq edirik. Aydın məlumatlandırma, istehlakçıların cəlb edilməsi və müxtəlif məhsul portfeli vasitəsilə alkoqolsuz və az alkoqollu, eləcə də şəkərsiz və az şəkərli içkilər üzrə məsuliyyətli seçimlərin edilməsini dəstəkləyirik.

İnsanlarımızı gücləndirmək

İnsanlarımızı gücləndirmək

Biz hər kəsin öz potensialını reallaşdıra biləcəyi təhlükəsiz, hörmətə əsaslanan və inklüziv inkişaf mədəniyyəti formalaşdırırıq. Diqqət mərkəzimizdə təhlükəsizlik, rifah, inklüzivlik və dəyər zəncirimizdə iştirak edən insanlar üçün imkanların yaradılması dayanır.