Menyu
IC Banner

SEÇİMİ YÖNLƏNDİRMƏK

Biz məlumatlı və şüurlu istehlakı təşviq etmək üçün davamlı olaraq innovasiyalar tətbiq edirik və alkoqolsuz və az alkoqollu, eləcə də şəkərsiz və az şəkərli içkilər arasında məsuliyyətli seçimləri dəstəkləyirik. Buna aydın etiketləmə, istehlakçılar üçün müvafiq məlumatların təqdim edilməsi, eləcə də istehlakçıların və tərəfdaşların məsuliyyətli marketinq təcrübələrinə cəlb edilməsi vasitəsilə nail oluruq.

İstehlakçı seçimlərindəki dəyişikliklərə uyğunlaşmaq üçün məhsul portfelimizi genişləndirməyə davam edirik. Buraya müvafiq bazarlarda alkoqolsuz və az alkoqollu, eləcə də şəkərsiz və az şəkərli içkilər çeşidimizin genişləndirilməsi daxildir.

2032-Cİ İL ÜZRƏ HƏDƏFLƏRİMİZ

 

 

İstehlakçı davranışları

 

 

  • Bütün qlobal alkoqol brendlərində elektron etiketlər (e-label) mövcud olması
  • Bütün məhsulların etiketlərində istehlakçılar üçün müvafiq məlumatların yer alması
  •  Bütün müvafiq bazarlarda strateji tərəfdaşla əməkdaşlıq çərçivəsində məsuliyyətli alkoqol istehlakına dair kampaniya həyata keçirilməsi

  

 

 

Portfelin genişləndirlməsi

 

 

  • Məhsullarımızın 35%-i alkoqolsuz və ya az alkoqolludur və alkoqolsuz məhsullar bütün müvafiq bazarlarda mövcud olması
  • Sərinləşdiric içkilərimizin 75%-i şəkərsiz və ya az şəkərli olması

2025-ci ildə seçimi necə yönləndirdik

Dünyanın ən kiçik pivəsi? Çox güman ki.

Carlsberg Sweden dünyanın ən kiçik alkoqolsuz pivəsini təqdim edərək, ölçülü istehlakla bağlı mesajı əyləncəli və cəlbedici şəkildə çatdırdı.

Pressbild 1 Low Res
Carlsberg Asia X Grab (1)

Grab tətbiqi ilə məsuliyyətli istehlakı təşviq edən tərəfdaşlığımız genişləndirildi

2025-ci ildə Carlsberg Asia və Grab məsuliyyətli istehlak mədəniyyətinin Cənub-Şərqi Asiyada formalaşdırılmasına töhfə verən tərəfdaşlıqlarının ikinci ildönümünü qeyd etdilər. İndi isə bu təşəbbüsü daha çox bazara genişləndirməyə hazırlaşırlar.

Explore our other ambitions

Karbon tullantılarını azaltmaq

Karbon tullantılarını azaltmaq

Biz dəyər zəncirimiz boyunca emissiyaları azaltmağa və iqlim dayanıqlılığını gücləndirməyə sadiqik. Öz fəaliyyətimiz və təchizatçılarımızı əhatə edən konkret hədəflərlə “Karbon tullantılarının azaldılması” istiqaməti bizim dövri və xalis sıfır emissiyalı gələcəyə aparan yolumuzu müəyyən edir.

Təbiəti qorumaq

Təbiəti qorumaq

Biz bizi yaşadan ekosistemləri qorumağa və bərpa etməyə sadiqik. Əsas diqqətimizi regenerasiyaya və su ehtiyatlarının məsuliyyətli idarə olunmasına yönəldirik, yəni inqrediyentlərimizin yetişdirildiyi torpaqları və hər bir məhsulumuzun istehsalında istifadə olunan suyu qoruyuruq.

İnsanlarımızı gücləndirmək

İnsanlarımızı gücləndirmək

Biz hər kəsin öz potensialını reallaşdıra biləcəyi təhlükəsiz, hörmətə əsaslanan və inklüziv inkişaf mədəniyyəti formalaşdırırıq. Diqqət mərkəzimizdə təhlükəsizlik, rifah, inklüzivlik və dəyər zəncirimizdə iştirak edən insanlar üçün imkanların yaradılması dayanır.