Menyu

Carlsberg Azerbaijan və Şef Aleks fudpeyrinqin sirlərini açdılar

Avqustun 7-də bütün mütərəqqi bəşəriyyət Avqustun ilk cümə günü keçirilən illik qeyri-rəsmi bayramı - Beynəlxalq Pivə Gününü qeyd edir. Bununla əlaqədar olaraq, ötən həftəsonu Carlsberg Azerbaijan pivə istehsalı şirkəti Sapphire otellər şəbəkəsinin brend-şefi Şef Alekslə əməkdaşlıqda KİV nümayəndələri üçün fudpeyrinq keçirdi. Fudpeyrinq (Food Pairing) qastromədəniyyətdə dadın sərhədlərini genişləndirməyə  və  müxtəlif məhsulların,   yemək   və içkilərin ətri və dadına əsaslanaraq onların bir araya gətirilməsinin innovativ metodlarını   seçməyə imkan verən nisbətən yeni bir cərəyandır.

Ölkədə karantin rejiminin tələblərinə riayət etmək məqsədilə tədbir onlayn formatda keçirildi: KİV nümayəndələrinə əvvəlcədən Şefdən yeməklər və Carlsberg Azerbaijan portfelindən bir neçə növdə pivə çatdırıldı. Tədbir zamanı Carlsberg Azerbaijan şirkətinin nümayəndəsi Vüqar Əhmədov hər bir pivənin xüsusiyyətləri və yeməklə kombinasiya prinsipləri barədə danışdı,   Şef Aleks isə  bu çeşidlər üçün qəlyanaltılar və isti yeməkləri hazırlamağın sirlərini bölüşdü.

 

Belə ki, qonaqlara Xırdalan və Carlsberg klassik çeşidlərə Şefdən xüsusi sousla təqdim olunan barbekü qanadları,   filtrasiya edilməmiş Xırdalan və Carlsberg çeşidlərinə - alabalıqdan hazırlanan balıq cipsləri, Baltika 9 pivəsinə - Asiya üslubunda hazırlanmış toyuq filesi, Kuler pivəsinə - pendirli arançini,   Krounenbourg Blanc 1664-a isə   - tərəvəz ilə pələng krevetkaları təklif olundu.

 

Bundan əlavə, onlayn tədbirin qonaqlarına bu mövsümün yeniliyi - təbii moruq şirəsini, vitamin premiksi və alkoqolsuz pivəni uğurla bir araya gətirən Baltika 0 Moruq təqdim edildi.

 Yüksək keyfiyyətli pivə çeşidləri və onlara diqqətlə seçilmiş yeməklər unikal dad   harmoniyası yaratdı və KİV nümayəndələri tərəfindən yüksək qiymətləndirildi.

 

 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]