28 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İmişli şəhərində yerləşən “Promalt” MMC-nin arpa emalı zavodunun rəsmi açılış mərasimində iştirak edib.
33,2 milyon manat sərmayə dəyərində olan bu layihə İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişaf Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib. Layihə bölgədə sənaye inkişafını təşviq etməklə yanaşı, 47 yeni iş yeri də yaradacaq.
Tədbir zamanı Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis, Prezidentə və tədbir iştirakçılarına Carlsberg Group və onun baş icraçı direktoru adından səmimi salamlarını çatdırıb və hökumətin məsuliyyətli biznesə davamlı dəstəyinə görə təşəkkürünü bildirib. Çıxışında Alius Antulis şirkətin 100% yerli arpadan istifadə etməklə pivə istehsalı sahəsində əldə etdiyi uğurları və istehsal prosesinin tam şəkildə yerli arpanın istifadəsinə hazır olduğunu vurğulayıb.
Bu mühüm addım, Azərbaycan pivəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaqla yanaşı, şirkətin “Daha yaxşı bu gün və sabah üçün pivə hazırlayırıq” şüarını da dəstəkləyir.






Korporativ Ünsiyyətlər üzrə Rəhbər