Biznes və akademik dairələrdə möhkəm əlaqələrin qurulmasına yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq, Carlsberg Azerbaijan ADA Universitetində müxtəlif fakültələrdən olan tələbələrlə interaktiv görüş keçirmişdir.
Carlsberg Azerbaijan-ın Marketinq direktoru Anton Panasenko və İnsanlar və Mədəniyyət departamentinin İşə Qəbul və Onboarding üzrə mütəxəssisi Təranə Hüseynbəyova təqdimat zamanı Carlsberg Group-un 175 ildən çox pivəbişirmə irsi, marketinq strateqiyaları, şirkət dəyərləri və karyera inkişafı imkanları haqqında məlumat verdilər.
Görüş zamanı, həmçinin, şirkətin “Daha yaxşı bu gün və sabah üçün pivə hazırlayırıq” məqsədi vurğulandı, gənc istedadların inkişafına dəstək olmaq üçün həyata keçirilən uğur hekayələri və təşəbbüslər təqdim olundu — bunlara təcrübə proqramları və istedad inkişafı təşəbbüsləri də daxildir.



Korporativ Ünsiyyətlər üzrə Rəhbər