Başlanğıc şirənin ekstraktivliyi: : 11.0%
Dünyanın ən tanınmış və populyar pivə brendlərindən biri olan Carlsberg-in tarixi 1847-ci ilə, danimarkalı Yakob Yakobsen tərəfindən Kopenhagen yaxınlığında kiçik pivəbişirmə zavodunun əsasının qoyulması ilə başlamışdır. Yakob zavodu oğlunun şərəfinə Karl (Carl) adlandırmışdır. İstehsala başlayan şirkət təsisçisi Carlsberg məhsullarının dünyadakı pivə istehsalının özünəməxsus səviyyəsini qorumağa yardım edə bilməsi üçün pivəbişirmə zavodunun əsas fəaliyyət prinsipinin yüngül pivə istehsalı sənətində ən yüksək səviyyəyə çatmaq olduğunu bildirmişdir. Yakobsenin pivə istehsalındakı yenilikləri müasir pivə istehsalında da geniş tətbiq olunmaqdadır. Məsələn, hər bir yeni pivə partiyasının eyni möhtəşəm ətirə malik olmasını təmin edən saf maya kulturasını əldə etmə metodu məhz onun laboratoriyasında işlənilib hazırlanmışdır.
1868-ci ildə artıq uğurlu bir iş adamına çevrilmiş Yakob öz məhsullarını əvvəlcə Şotlandiyaya, daha sonra isə Avropa və Vest-Hind adalarına ixrac etmə imkanı əldə etdi. Carlsberg bütün dünyada ixrac olunan ilk pivə brendlərindən biri oldu. Danimarkadan gələn bu köpüklü içki fərqli insanlar və hətta II Yelizaveta və yaxud Uinston Çörçil kimi dövlət başçıları arasında da birmənalı şəkildə populyarlaşdı. İndinin özündə də kral ailəsinin üzvləri və zadəganlar üçün xüsusi Carlsberg brendləri istehsal olunmaqdadır.
Pivə istehlakçıları arasında aparılan mütəmadi sorğulara əsasən, Carlsberg-in özünün möhtəşəm ətirin xəfif maya acılığı ilə kombinasiyasına görə rəqiblərindən üstün olduğu bildirilmişdir.
Bu beynəlxalq brendin mükəmməl keyfiyyəti və görünüşü, eləcə də reklam strategiyası zamanla dəyişməz olaraq qalmışdır. 1894-cü ildə memar Torvald Bindesboll Carlsberg-in məşhur yaşıl emblemini yaratdı və tanınmış ingilis aktyoru Orson Uellsin dediyi dünyaca məşhur “Bəlkə də dünyadakı ən yaxşı pivə” şüarı ilk dəfə hələ 1973-cü ildə İngiltərədə istifadə olundu.
Carlsberg sərhədsiz dünyada eyni dildə danışan müasir gənclər, həm sevimli içkilərində, həm də həyat keyfiyyətlərində ən yaxşısını tərcih edənlər, yeni təəssüratlar axtaranlar üçün nəzərdə tutulmuş bir pivədir.
Bu brend bir çox müsabiqələrinə, o cümlədən illik beynəlxalq Carlsberg High Five xizək yarışını və Asiyada qolf yarışlarına dəstək verir. Brend İngiltərənin məşhur Liverpul Futbol Klubunu dəstəkləyir. 2008-ci ildə Carlsberg altıncı Avropa futbol çempionatına dəstək verməklə bu möhtəşəm idman yarışının ən sadiq rəsmi sponsoru, bəlkə də qitəmizdəki ən populyar sponsor olmuşdur. Futbol fenomeninin qlobal miqyası artıq 150 ildən artıqdır ki, bazarda mövcud olan və 140-dan çöx ölkədə populyar olan beynəlxalq Carlsberg pivə brendinin dəyərlərinə tam uyğundur.
2002-ci ilin oktyabr ayından etibarən, Carlsberg Rusiyada Baltika Pivə istehsalı şirkəti tərəfindən Carlsberg Pivə istehsalı şirkətinin lisenziyası əsasında istehsal olunmağa başlamışdır. Bu içkinin Rusiya zavodlarında istehsalına danimarkalı pivə istehsalçıları tərəfindən daima nəzarət olunmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, məşhur Kiçik Su Pərisi heykəli Kopenhagen şəhərinə Carlsberg şirkətinin təsisatçısının oğlu - Karl Yakobsenin hədiyyəsidir. Bundan başqa, Carlsberg muzeyində dünyadakı pivə şüşələrinin ən böyük kolleksiyası mövcuddur - burada 17 000-dən artıq şüşə var.
Qablaşdırma: 0,44 l-lik butulka və 0.45 l-lik banka
təmizlənmiş içməli su, solğun arpa səmənisi, mayaotu məhsulları