Əsas vəzifə öhdəlikləri:
- Yeni məhsulun işlənib hazırlanması prosesində iştirak
- Müəyyən bazar seqmentində brendin yerləşdirilməsi və istehlakçı fikirlərinin təhlili
- Brendlər/kanallar və satışlar (SWOT - güclü və zəif tərəflər, üstünlüklər, təhlükələr), uzunmüddətli əməliyyatlarla bağlı əsas zəif nöqtələrin və imkanların müəyyən edilməsi
- Yerli və dünya bazarındakı bütün trendləri izləmək, istehlak bazarlarını və rəqiblərin fəaliyyətini araşdırmaq
- Brendin işlənib hazırlanma planı
- Büdcələrin idarə edilməsi
- Marketinq materiallarının hazırlanması, marketinq layihələrinin və fəaliyyətlərinin icrası
- Şirkətin sosial fəaliyyətlərində və layihələrində iştirak.
Namizədlərə tələblər:
- Marketinq və əlaqəli mövzular haqqında sənaye və marketinq sahəsində çoxillik praktik təcrübədən əldə edilmiş (reklam fəaliyyəti, bazar araşdırması, istehlakçı davranışı, marketinq analitikası) mütəxəssis bilikləri
- Ali təhsil haqqında diplom
- Rəhbər vəzifədə ən azı 1-2 il iş təcrübəsi
- İngilis dilini mükəmməl səviyyədə bilmək (Advanced level)
- Pivə bazarındakı vəziyyət, trendlər, rəqiblərin fəaliyyəti haqqında məlumat
- Yaradıcı düşüncə ilə yanaşı son dərəcə mükəmməl ünsiyyət bacarıqları və güclü analitik bacarıqlar
- Tənqidi düşüncə və emosional zəka.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, xahiş edirik, nəzərdə tutduğunuz əmək haqqını qeyd etməklə CV-nizi ingilis dilində buraya göndərin
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.