Menyu

Vyaçeslav Maltsev Carlsberg Azerbaijan şirkətinin müvəqqəti Baş Direktoru təyin olunub

1 sentyabr 2017-ci ildən “Baltika” şirkətinin “Sibir və Uzaq Şərq” regionunun əməliyyat logistikası divizionu və müştəri servisi üzrə direktoru Vyaçeslav Maltsev müvəqqəti olaraq daimi əməkdaş təyin olunana qədər Carlsberg Azerbaijan şirkətinin Baş Direktoru vəzifəsini icra edəcək.

Şərqi Avropa regionunun hər iki bazarında tam fokusun təmin olunması məqsədi ilə 1 sentyabr 2017-ci ildən “Baltika” şirkətinin “Sibir və Uzaq Şərq” regionunun əməliyyat logistikası divizionu və müştəri servisi  üzrə direktoru Vyaçeslav Maltsev müvəqqəti olaraq Carlsberg Group-un Şərqi Avropa üzrə icraçı vitse-prezidenti Yatsek Pastuşkaya birbaşa tabeçilik və Şərqi Avropa regionunun maliyyə məsələləri üzrə vitse-prezidenti Rud Pedersona funksional tabeçiliklə daimi əməkdaş təyin olunana qədər Carlsberg Azerbaijan şirkətinin Baş Direktoru vəzifəsini icra edəcək.

Carlsberg Azerbaijan şirkətinin Baş Direktoru vəzifəsinə namizədlərin xarici axtarışı aparılır. Sözügedən təyinat kross-regional qısamüddətli təyinatlar üzrə proqramın bir hissəsidir. Bu vəzifədə Vyaçeslav Maltsev Viktor Semakı əvəz edəcək, hansı ki, 1 may 2016-cı ildən Carlsberg Azerbaijan və Carlsberg Kazakhstan şirkətlərinin idarəçiliyini həyata keçirirdi.

Vyaçeslav Rusiyanın FMCG şirkətlərində satış sahəsində 18 ildən çox təcrübəsi olan professionaldır. Carlsberg Group-da öz karyerasına 2007-ci ildə “Baltika”-nın baş qərargahında qeyri-pivə brendlərinin şatışının inkişafı üzrə milli menecer vəzifəsindən başlamışdır. 2015-ci ilin iyul ayında Vyaçeslav “Sibir və Uzaq Şərq” regionunun əməliyyat logistikası divizionu və müştəri servisi  üzrə direktor təyin olunmuşdur. “Baltika” şirkətindən öncə Vyaçeslav Nidan Juices və Coca-Cola şirkətlərində çalışmışdır.

Vyaçeslavı professional inkişaf üçün mükəmməl imkanlar təmin edən yeni vəzifəsi münasibəti ilə təbrik edirik və yeni rolunda ona müvəffəqiyyətlər arzu edirik.

Viktor Semak Carlsberg Kazakhstan şirkətinə idarə etməyə davam edəcək.

Biz Viktora Carlsberg Azerbaijan şirkətinin inkişafına verdiyi töhfəyə görə təşəkkür edir və cari vəzifəsində ona uğurlar arzu edirik.

 

Yatsek Pastuşka

Carlsberg Group-un  Şərqi Avropa regionu üzrə icraçı vitse-prezidenti, “Baltika” şirkətinin prezidenti

Rud Pedersen

Şərqi Avropa regionunun maliyyə məsələləri üzrə vitse-prezidenti  

 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Lalə Əfəndi

Tel +99412 3420900; +994502867664 Email [email protected]

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email [email protected]