Menyu

Yeni məhsulların buraxılması və texniki inkişaf üzrə menecer

Əsas vəzifə öhdəlikləri: 

  • Layihə rəhbərlərinin effektiv işini təmin etmək;
  • Müəssisənin perspektiv inkişaf planlarının, istehsalın effektivliyinin artırılması planlarının işlənib hazırlanmasında, istehsal proseslərinin kompleks mexanizasiyası və avtomatlaşdırılması vasitələrinin tətbiqində, yeni avadanlıqların layihələndirilməsi və istismarda olan avadanlıqların rekonstruksiyası üzrə texniki tapşırıqların tərtib edilməsində iştirak etmək;
  • İstehsal bölmələrinin auditinin aparılmasında iştirak etmək;
  • Şöbələrin pul vəsaitlərinin xərclənməsi üzrə nəzarəti həyata keçirmək;
  • İstehsalın təkmilləşdirilməsi və idarə olunması üzrə layihələrin işlənib hazırlanması və tətbiqində iştirak etmək;
  • Texniki investisiya layihələrinin yerinə yetirilməsini təşkil etmək;
  • Avadanlıqların vaxtında istismara verilməsinə nəzarəti və bağlanmış müqavilələr üzrə müqavilə və zəmanət öhdəliklərinin başa çatdırılmasını həyata keçirmək;
  • Tapşırılan layihələr çərçivəsində sənədlərin, iş qrafiklərinin, hesabatların, protokolların aparılması və nəzarəti;
  • Kapital investisiyalarının istiqamətləndirilməsi üzrə təchizatçıların və podratçı təşkilatların seçimi üzrə tenderlərin hazırlanması və keçirilməsində iştirak etmək;
  • Yaxın 3-5 ildə biznes strategiyasının və istehsal həcmlərinin işıqlandırılması üçün fəal şəkildə qarşılıqlı münasibətlər formalaşdırmaq və əməkdaşlıq təşəbbüsü ilə çıxış etmək;
  • Yeni məhsulların və Yeni texnologiyaların işlənib hazırlanması üzrə çarpaz-funksional komandalarda əlaqələndirmə və iştirak;
  • Hansı malların və ideyaların buraxılması və şirkətin təbliğatı ilə bağlı qərar qəbul edilməsi məqsədilə real və potensial istehlakçıların tələbatlarının təhlilini və qiymətləndirilməsini aparmaq;
  • Brend komandalar ilə birlikdə bazarda mövcud olan qablaşma həlləri və texnologiyalarının monitorinqi, onların tətbiqinin mümkünlüyünün və məqsədəuyğunluğunun təhlili;
  • Brend şirkətlərlə birlikdə Şirkətin biznesinin potensial artımını və inkişaf zonalarının aşkar etmək, bu cür inkişaf və tələbatların və bazar tələblərinin ödənilməsi üçün mümkün aktual həll və texnologiyaların müəyyən etmək;
  • Ölkədə və ölkə xaricində marketinq fəaliyyətini, yeni işəsalmaları (həcm, strategiya və təbliğat vasitələri) təhlil etmək;
  • Maliyyə şöbəsi ilə birlikdə şirkətin qısamüddətli, ortamüddətli və uzunmüddətli (ay, rüb, il) satış planlarının işlənib hazırlanmasında iştirak etmək;
  • Yeni məhsulların bazara çıxarılması ilə bağlı sənədlərin hazırlanmasında iştirak etmək.

 

Namizədlərə qoyulan tələblər

  • ali peşə texniki/iqtisadi təhsil (istehsal iqtisadiyyatı və ya istehsal menecmenti);
  • EXCEL, PowerPoint proqramlarında sərbəst işləmək qabiliyyəti;
  • analitik düşüncə qabiliyyətinə malik olmaq
  • rəqəmlərlə və məlumat bazaları ilə iş qabiliyyəti
  • sənədlərlə iş qabiliyyəti. 

 

 Bilik və bacarıqlar: 

- investisiya layihələri (project management) ilə iş üzrə 3 ildən az olmayan təcrübə;

- texnologiya avadanlıqlarının iş prinsiplərini bilmək, istehsal texnologiyasını və xüsusiyyətlərini başa düşmək; 

- verilənlər massivləri ilə iş qabiliyyəti;

- eyni zamanda bir neçə layihənin aparılmasında təcrübə

- project management qismində innovasiyaların (məhsul, qablaşdırma innovasiyaları, bazarda təbliğat) işə salınmasında təcrübə;

 

Əlaqə: 

Yuxarıda qeyd olunmuş profilə uyğunsunuzsa və bu maraqlı və perspektivli imkan üçün müraciət etmək istəyirsinizsə, öz CV-nizi buraya göndərməyiniz xahiş olunur

 

Müraciət üçün son tarix: cümə, 31 yanvar 2021-ci il.

Nəzərinizə çatdırmaq istərdik ki, yalnız məhdud sayda namizədlər müsahibəyə dəvət ediləcəkdir.