Menyu

Top-menecer assistenti/ Səfərlər üzrə koordinator

Əsas vəzifə öhdəlikləri: 

  • Baş direktorun və top-menecerlərin təqviminin aparılması;
  • Baş direktor və top-menecerlərdən tələb olunan hesabatların hazırlanması;
  • Baş direktorun imzalaması üçün sənədlərin hazırlanması;
  • Daxili və xarici görüşlərin təşkili;
  • Şirkətdə keçirilən müxtəlif tədbirlərin təşkilində köməklik göstərilməsi;
  • Şirkət əməkdaşlarının ezamiyyətlərinin təşkili (aviabiletllərin, otelin və transferin bron olunması);
  • Ezamiyyə büdcəsinin aparılması və lazımi analitik hesabatların təqdim olunması;
  • Baş direktorun iştirakı ilə keçirilən iclasların protokollarının aparılması;
  • Rəhbərliyin tapşırığı ilə məktubların, sorğuların və digər sənədlərin tərtib olunması;
  • Danışıqlarda, işgüzar görüşlərdə iştirak

 

Namizədlərə tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan, rus və ingilis dili bilikləri sərbəst səviyyədə
  • Təşkilati bacarıqlar və yüksək səviyyədə ünsiyyət qurma bacarığı
  • Təcrübəli MS Office istifadəçisi

 

 Bilik və bacarıqlar:

  • Tapşırıqların icra prioritetinin, ardıcıllığının müəyyən edilməsi bacarığı;
  • Rəhbərliyin cari tapşırıqlarının təhlili bacarığı;

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur:

 
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.