Menyu

Ticarət nöqtələrinin Auditoru, Lənkəran və Ağcabədi şəhərləri

Əsas vəzifə öhdəlikləri: 

- Ticarət nöqtələrində monitorinqin aparılması (müxtəlif istiqamətlər üzrə monitorinq: məhsulların planoqrama uyğun düzülməsi, şirkətin və rəqiblərin rəflərində məhsul payı, ticarət nöqtəsində məhsulların olması, məhsulların qiymətinə nəzarət, ticarət nöqtəsində POSM-materiallarının olması və s.);

- Monitorinq nəticələrinin rabitə cihazında xüsusi proqrama daxil edilməsi;

- Ticarət nöqtələri barədə məlumatların toplanması (ticarət nöqtəsində lazımi avadanlığın olması, avadanlığın quraşdırılması imkanı və s.);

- Ticarət nöqtələrində avadanlığın inventarizasiyası;

- Marşrutların gözlənilməsi və ticarət nöqtələrinə ziyarət planının yerinə yetirilməsi;

- Ticarət nöqtələrinin monitorinqi üzrə qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi.

 

 Namizədlərə tələblər

- FMCG şirkətlərində supervayzer, ticarət nümayəndəsi, merçandayzer kimi 1 ildən artıq iş təcrübəsi;

- Ali təhsil;

- EXCEL, PowerPoint- qabaqcıl istifadəçi səviyyəsində, məlumat bazasında iş təcrübəsi;

- Ezamiyyətlərə getmə hazırlığı;

- Avtomobilin olması;

- müstəqillik, məsuliyyətlilik, dürüstlük, məqsədyönlülük, gülərüzlük, fikirlərini dəqiq və düzgün ifadə etmək bacarığı.

 

 Bilik və bacarıqlar: 

  • Müddətin uzadılması imkanı ilə 3 aylıq xidməti müqavilə;
  • İş rejimi: 5 günlük iş həftəsi (ÇƏRŞƏNBƏ AXŞAMI-ŞƏNBƏ);
  • Peşəkar təlim;

 

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin işə qəbul olmaq istəyirsinizsə CV-nizi məktubun mövzusunda vakansiya adını qeyd etməklə HR_CV@carlsberg.az elektron poçt ünvanına göndərin.

Ərizələrin verilməsi üçün son tarix: 14 fevral 2020-ci il, cümə günü.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizədlər dəvət olunacaq.