Menyu

Ticarət auditoru

Əsas vəzifə öhdəlikləri:

- Ticarət nöqtələrində monitorinqin aparılması (müxtəlif istiqamətlər üzrə monitorinq: məhsulların düzülüş planoqramlarına əməl olunması, şirkətimizin və rəqiblərin rəfində məhsul payları, ticarət nöqtəsində məhsulların, POS-materiallarının mövcud olması, məhsulların qiymətinə nəzarət və s.);

- Monitorinq nəticələrinin kommunikatorda xüsusi proqrama daxil edilməsi;

- Ticarət nöqtələri haqqında məlumatların toplanması (ticarət nöqtəsində lazımi avadanlığın mövcud olması, avadanlığın quraşdırılması imkanı və s.);

- Ticarət nöqtələrində avadanlığın inventarizasiyası;

- Marşrutlara riayət edib, ticarət nöqtələrinin ziyarət planının yerinə yetirilməsi;

- Ticarət nöqtələrinin monitorinqi üzrə qarşıya qoyulan məqsədlərə nail olunması.

 

Namizədlərə tələblər:

- Ali təhsil;

- FMCG-şirkətlərində 1 ildən başlayan ticarət auditoru/supervayzer/ticarət nümayəndəsi/merçendayzer kimi iş təcrübəsi;

- Azərbaycan və rus dili bilikləri – mükəmməl səviyyədə;

- Sərbəst EXCEL, PowerPoint istifadəçisi, məlumat bazaları ilə iş təcrübəsi;

- Ezamiyyətə hazır;

- Avtomobilin olması (mütləq);

- Sərbəstlik, məsuliyyət, dürüstlük, məqsədyönlülük, nəzakətlilik, fikirlərini aydın və düzgün ifadə edə bilmə bacarığı.

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin vakansiyaya namizədsinizsə, gözlənilən əmək haqqının qeyd edərək  CV formanızı buraya göndərməyinizi xahiş edirik.

Ərizələrin verilməsi üçün son tarix: 15 oktyabr 2021-ci il