Menyu

Tətbiqi proqramlar üzrə mühəndis (WMS Engineer)

Əsas vəzifə öhdəlikləri:

  • Tətbiqi sistemlərin fasiləsiz işinin təmin olunması
  • İstifadəçi müraciətlərinin emal və istifadəçi problemlərinin həll sürəti və keyfiyyəti
  • Miqdara və çeşidlərə tam uyğun olaraq müştəri sifarişlərinin komplektləşdirilməsi və yığılması prosesinin təmin olunması üçün uçot sistemlərində müvafiq əməliyyatların aparılması (alqoritmlərin işə salınması və onların yerinə yetirilməsinə nəzarət)
  • Normativ sənədlərə əsasən malın anbarlaşdırılması prosesinin təmin olunması üçün uçot sistemlərində müvafiq əməliyyatların aparılması (alqoritmlərin işə salınması və onların yerinə yetirilməsinə nəzarət)
  • Anbar sistemlərinin (Track&Trace, WMS) quraşdırılması və sazlanması üzrə əməliyyatların icrası
  • Anbar sistemlərinin və köməkçi avadanlığın istifadəsində problemlərin aradan qaldırılması, habelə səhvlərin düzəldilməsi
  • Birbaşa rəhbərin əməliyyat fəaliyyəti prosesində müəyyən etdiyi digər hədəf vəzifələrin icrası.

 

Namizədlərə tələblər:

  • Texniki/mühəndis-iqtisadi sahədə ali təhsil və ya orta ixtisas İT təhsili
  • Texniki dəstək mühəndisi və ya tətbiqi proqram inzibatçısı vəzifəsində ən azı 1 il iş təcrübəsi
  • Rus dili bilikləri- sərbəst səviyyədə, ingilis dili - orta səviyyədən yuxarı
  • Qabaqcıl istifadəçi səviyyəsində Microsoft Office bilikləri
  • SQL sahəsində biliklər
  • Anbarda mal-material qiymətlilərinin hərəkət prinsipləri barədə anlayış
  • Məlumat bazaları ilə, çox sayda rəqəm və məlumatlarla işləmə bacarığı.
  • Sistemli yanaşma və analitik düşüncə.

 

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.