Menyu

Satışın inkişafı üzrə menecer

Əsas vəzifə öhdəlikləri:

  • operativ hesabatlılıq;
  • əsas satış göstəricilərinin təhlili;
  • satış departamentinin işçiləri üçün təsdiqlənmiş ƏEG (əsas effektivlik göstəricilərinə) əsasən məqsədlərin qoyulması; ticarət komandası tərəfindən ƏEG-nin yerinə yetirilməsinə yekun (o cümlədən, aralıq) vurulması; Satış Departamentinin sahə personalının işinin məhsuldarlığına nəzarət, rəhbərliyin məlumatlandırılması;
  • satış sisteminin inkişafına yönələn çarpaz funksional layihələrdə iştirak;
  • birbaşa rəhbərin vəzifə öhdəlikləri çərçivəsində müəyyən etdiyi digər göstəriş və tapşırıqların yerinə yetirilməsi;
  • birbaşa rəhbərin, şöbənin fəaliyyətində aşkar olunan istənilən pozuntular barədə dərhal məlumatlandırılması.

 

Namizədlərə tələblər:

  • riyaziyyat/iqtisadiyyat/maliyyə sahəsində ali təhsil;
  • Azərbaycan və rus dili bilikləri, ingilis dili biliyi – orta səviyyədən yuxarı;
  • FMCG sahəsində ən azı 1 il iş təcrübəsi;
  • MS Office (Excel, Power Point) bilikləri – qabaqcıl səviyyə;
  • VBA proqramlaşdırma dili üzrə biliklər;
  • POWER BI bilikləri – qabaqcıl səviyyə MÜTLƏQDİR!

 

Bilik və bacarıqlar:

  • iqtisadiyyat və statistik təhlilin əsasları;
  • müasir texniki kommunikasiya və rabitə vasitələri ilə informasiya emalı üsulları;
  • satışın effektiv planlaşdırılması (proqnozlaşdırılması) və təhlili bacarıqları;
  • satış kanalları və təchizat zəncirində məhsulların təbliği mexanizmi;
  • ticarət avadanlığının effektivliyinin qiymətləndirilməsi üsulları;
  • layihə hesabatlarının tərtib olunması prinsipləri;
  • effektiv təqdimat aparma bacarığı;
  • yüksək fəallıq və operativlik;
  • analitik düşüncə tərzi, təfərrüatlara qarşı diqqətcillik;
  • stressə dözümlülük;
  • savadlı danışıq qabiliyyəti;
  • ünsiyyət qurma bacarığı, məsuliyyət;
  • tapşırıqların çox olduğu rejimdə işləmə bacarığı;
  • normallaşmamış iş qrafikinə hazırlıq.

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin işə qəbul olmaq istəyirsinizsə CV-nizi məktubun mövzusunda vakansiya adını qeyd etməklə HR_CV@carlsberg.az elektron poçt ünvanına göndərin.

Ərizələrin verilməsi üçün son tarix: 28 fevral 2020-ci il, cümə günü.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizədlər dəvət olunacaq.