Menyu

Satınalmalar şöbəsinin rəhbəri

 Əsas vəzifə öhdəlikləri: 

  • əsas və köməkçi xammal və materialların, ticarət-təmir avadanlıqlarının, POSM və ticarət məhsullarının, avadanlıqların, ehtiyat hissələrinin alışı üzrə tender kampaniyalarının keçirilməsi işlərinə rəhbərlik etmək;
  • Şirkətin əsas və köməkçi xammal və materiallar, ticarət-təmir avadanlıqları, POSM və ticarət məhsulları, avadanlıqlar, ehtiyat hissələri ilə təminatı üzrə tədarükçülərlə müqavilələrin bağlanması və icrası üzrə işə rəhbərlik etmək;
  • Tədarükçülərlə işə nəzarət etmək, onlarla partnyorluq münasibətlərinin inkişafını təmin etmək;
  • Normativ ehtiyatların və dövriyyə müddətinin həcminin ağlabatanlığını və effektivliyini təhlil etmək, istehsalın dayanmasına yol verməmək üçün, eləcə də ehtiyatların maliyyələşdirilməsi ilə bağlı Şirkət xərclərinin minimuma endirilməsi üçün onların təkrar nəzərdən keçirilməsini və ya təshih edilməsini operativ surətdə təklif etmək;
  • əsas və köməkçi xammal və materialların, ticarət-təmir avadanlıqlarının, POSM və ticarət məhsullarının, avadanlıqların, ehtiyat hissələrinin alış və tədarük planının yerinə yetirilməsinə nəzarəti təşkil etmək;
  • maddi resursların effektivliyinin artırılması, xərclərin azaldılması üzrə tədbirlərin işlənilib hazırlanmasını və tətbiqini təşkil etmək.
  • Audit gedişində meydana çıxan uyğunsuzluqların audit üzrə hesabatda qeyd olunan müddətə aradan qaldırılmasını təşkil etmək;
  • Ştat cədvəlinə əsasən tabeçilikdə olan işçilərə rəhbərlik etmək;
  • İşçilər qarşısında rəhbərliyin təsdiqlənmiş planlarının, əmrlərinin və sərəncamlarının yerinə yetirilməsini təmin edən məsələlər qoymaq;
  • Əməkdaşların inkişafı üzrə müntəzəm işin aparılması, heyətin motivasiyasının artırılması üzrə tədbirlərin görülməsi, onların şirkətdə inkişaf etməsi üçün zəruri tədbirlərin planlaşdırılması, ardıcıllığın inkişaf etdirilməsi və bilik mübadiləsi üçün şəraitin yaradılması;
  • Həmin vəzifədə işlərin yerinə yetirilməsi üçün zəruri olan səlahiyyətlərə malikliyin peşəkar səviyyəsinin daima artırılması və dəstəklənməsi;
  • Sosial partnyorluq, heyətin idarə olunması işində əmək qanunvericiliyinin pozulmasına pozuntuların yolverilməməsi prinsiplərinə riayət olunması, kollektivdə sosial stabilliyin dəstəklənməsi;
  • Alış büdcəsinin və nəzarət oluna bilən göstəricilərin icra olunmasının formalaşdırılması və onlara nəzarət;
  • Şöbə işçilərinin zəruri təlimat və sorğu materialları ilə, proqramlarla, eləcə də inventarla, avadanlıqlarla, orqtexnika, texniki vasitələr, dəftərxana ləvazimatları və digər zəruri əşyalarla təmin olunması;
  • Tabeçilikdə olan işçilərin əmək və icraçılıq nizam-intizamına nəzarət etmək;
  • Təchizat şöbəsinin normativ sənədlərinin hazırlanmasının təşkili və onların aktuallığına nəzarət etmək;
  • Şöbə heyətinin Şirkətin Təchizat şöbəsinin fəaliyyətinə dair sənədləri ilə vaxtında tanış olmasının təşkil etmək;
  • Tabeçilikdə olanların Təchizat şöbəsinin perspektivli və cari inkişaf planlarının tərtib olunmasında iştirakının təşkil etmək;
  • Təchizat şöbəsinin işçilərinin Şirkətin qüvvədə olan normativ sənədləri ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək;
  • Təchizat şöbəsinin büdcəsinin düzgün xərclənməsinə nəzarət etmək;
  • Kommersiya sirrinə riayət etmək;
  • Daxili nizam-intizam qaydalarına riayət etmək.

 

Namizədlərə tələblər: 

  • Ali təhsil (iqtisad təhsilə üstünlük verilir)
  • Azərbaycan dili, rus dili biliyi, ingilis dili – orta səviyyədən yuxarı;
  • FMCG sahəsində satınalmalar işində ən az 5 illik iş təcrübəsi; həmin istiqamətdə rəhbər qismində 3 illik iş təcrübəsi
  • MS Office proqramlarında (Word, Excel, Power Point) yüksək səviyyədə işləmək bacarığı

 

Bilik və bacarıqlar: 

  • Lider və komanda işi bacarıqları;
  • Prezentasiyalar aparmaq bacarığı;
  • Tender prosesinin aparılması;
  • Mürəkkəb danışıqların aparılması bacarıqları;
  • Analitik düşüncə tərzi;
  • Qarşıya qoyulmuş məsələlərin tez həll edilməsi;
  • Planlamaq, işdə prioritetlər qoymaq qabiliyyəti;
  • İnkişaf etmək arzusu;
  • Stressədavamlılıq;
  • Savadlı nitq qabiliyyəti;
  • Ünsiyyətcillik, məsuliyyətlilik;
  • Çox məsələliyə hazırlıq;
  • Normalaşdırılmamış iş qrafikinə hazırlıq. 

 

Əlaqə 

Əgər Siz özünüzü yuxarıda qeyd olunan tələblərə uyğun hesab edirsinizsə və bu maraqlı və eyni zamanda mürəkkəb vakansiyaya namizədliyinizi irəli sürmək istəyirsinizsə, CV-nizi buraya  göndərin.

Müraciət üçün son tarix: 31 mart 2021-ci il.

Nəzərinizə çatdırmaq istərdik ki, yalnız məhdud sayda namizədlər müsahibəyə dəvət ediləcəkdir.