Menyu

Satınalma üzrə reqional kateqoriya meneceri

Əsas vəzifə öhdəlikləri: 

  • təchizatçıların seçilməsi üzrə tenderlərin təşkili və keçirilməsi
  • meyllərin, tələbatların və yerli bazarın spesifikasının, mövcud təcrübə və nou-hauların nəzərə alınması ilə kateqoriya və tenderlər üzrə strategiyaların işlənib hazırlanması
  • dəyər modellərinin təhlili, kateqoriyalar üzrə bençmarkinq
  • xərclərin optimallaşdırılması (azaldılması), ödəniş şərtlərinin təkmilləşdirilməsi
  • təchizat risklərinin idarə olunması, risk matrisasının tərtib olunması, təchizatçılarla düzəlişedici tədbirlər planının işlənib hazırlanması
  • təchizatçıların çatdırdığı materialların keyfiyyət səviyyəsinin idarə olunması və buna nəzarət
  • Şirkətin daxili reqlamentlərinə uyğun olaraq sınaqların aparılması vasitəsilə yeni təchizatçıların, alternativ materialların tətbiq olunması
  • təchizatçılarla dayanıqlı inkişaf proqramı üzrə tədbirlər planının işlənib hazırlanması
  • təchizatçılarla müqavilələrin standartlarının işlənib hazırlanması və razılaşdırılmasında iştirak
  • büdcələmədə, təchizatçılarla iddia işində və çarpaz funksional layihələrdə iştirak
  • istiqamət üzrə daxili və xarici hesabatlılıq

 

Namizədlərə tələblər:

  • Ali təhsil (iqtisadiyyat sahəsində arzuolunandır)
  • Birbaşa satınalmalar sahəsində 3-5 illik iş təcrübəsi
  • Təchizatçıların müsabiqə yolu ilə seçimi prosesi barədə biliklər
  • Qabaqcıl MS Office istifadəçisi (Word, Excel, Power Point)
  • Azərbaycan, rus və ingilis dili bilikləri (Upper-Intermediate-dən aşağı olmayan səviyyədə)
  • Ünsiyyətcillik və danışıq aparma bacarığı

 

Bilik və bacarıqlar:

  • Danışıq aparma bacarığı
  • Analitik düşüncə tərzi
  • Qarşıya qoyulan vəzifələrin operativ həlli
  • Planlaşdırma və prioritetləri müəyyən etmə bacarığı
  • Stressə qarşı dayanıqlılıq
  • Ünsiyyətcillik
  • Məsuliyyətlilik
  • Çoxtapşırıqlılıq rejiminə hazırolma

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.