Menyu

Qeyri-likvid malların satışı və satınalmalar üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma fəaliyyətinin təşkili, qeyri-likvid malların satışı üçün tenderin keçirilməsi
  • Qeyri-likvid malların alıcılarının axtarışı və monitorinqi
  • Hesabatların hazırlanması, ilkin sənədlərlə iş
  • Aktiv yeni müştəri axtarışı: danışıqların aparılması, uzunmüddətli müqavilələrin imzalanması
  • Daimi bazar tədqiqatları aparılması və qiymətlərin hərəkətinin izlənilməsi
  • Təchizatçılarla qarşılıqlı əlaqə və onlarla birgə fəaliyyətə nəzarət (onlardan satınalma qiymətləri, məhsulların keyfiyyəti barədə məlumat əldə edir, çatdırılma və ödəniş şərtlərini razılaşdırır)
  • Satınalmaların dəyərinin azaldılması və s. proqramlarının inkişaf etdirilməsi və həyata keçirilməsi
  • Məhsul sifarişinin icrasına və məhsulun çatdırılmasına, müqavilə bağlandığı andan təchizata qədər bütün tsiklə nəzarət
  • Təchizatçılarla iddia işinin aparılması
  • Alınan malların bütün müvafiq sertifikatlara malik olduğuna nəzarət

 

Namizədlərə tələblər:

  • Ali iqtisadi təhsil
  • Azərbaycan, rus və ingilis dili bilikləri – mükəmməl səviyyədə
  • Təchizat/satınalma sahəsində ən azı 3-5 il iş təcrübəsi
  • Qabaqcıl MS office (Word, Excel, Power Point) istifadəçisi

 

Bilik və bacarıqlar:

  • Tender prosesinin aparılması bacarığı
  • Danışıqların aparılması bacarığı
  • Çoxtapşırıqlılıqa hazırlıq
  • Analitik təfəkkür
  • Verilən tapşırıqların sürətli həlli
  • Planlaşdırma və prioritetləşdirmə bacarığı.

 

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.