Menyu

Pivə istehsalı sexinin operatoru

Əsas vəzifə öhdəlikləri:

  • buraxılan məhsullara qarşı texniki tələblər və onların istehsal texnologiyası
  • pivə istehsalı sexinin şöbələrində avadanlığın və idarəetmə panellərinin yeri
  • prosesə dair spesifikasiyalar
  • daxil olan xammalın və köməkçi materialların növləri və xassələri
  • xammal və köməkçi materialların sərfiyyat normaları
  • daxil olan xammal və məhsulun keyfiyyətinə nəzarət üsulları, xammalın fiziki-kimyəvi və orqanoleptik xassələri
  • nəzarət-ölçü cihazlarının quruluşu və fəaliyyət prinsipi
  • pivə istehsalı sexinin şöbələrində istehsal avadanlığının təyinatı, quruluşu, fəaliyyət prinsipi və texniki istismar qaydaları
  • təzyiq altında aparatların iş qaydaları
  • pivə istehsalı sexində həyata keçirilən əsas və köməkçi proseslərə dair normativ texnoloji sənədlər
  • bişirmə qrafiki, filtrasiya planı

 

Namizədlərə tələblər: 

  • Ali peşə (texniki) və ya orta peşə (texniki) təhsil
  • Ən azı 3 il iş təcrübəsi

 

Bilik və bacarıqlar:

  • Təcrübəli Microsoft Office istifadəçisi
  • Peşəkar səviyyənin artırılmasına, özünü təkmilləşdirməyə, peşəkar inkişafa və artıma meyllilik
  • Stressə davamlılıq
  • Məsuliyyətlilik

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

 
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.