Menyu

Nəzarət-ölçü cihazları və avtomatika üzrə aparıcı mühəndis (NÖCvəA)

Əsas vəzifə öhdəlikləri:

  • Nəzarət-ölçü cihazlarının (NÖCvəA), istehsal avadanlığının texniki istismarı və təmiri üzrə işi təşkil edir, onların fasiləsiz işini təmin edir
  • NÖCvəA, istehsal avadanlığının planlı-qabaqlayıcı təmiri və texniki qulluq qrafiklərini tərtib edir və onların icrasını təmin edir
  • Nasaz cihazların təmirini təşkil edir
  • NÖCvəA, istehsal avadanlığının montajı, sınaqları və sazlanması üzrə işləri təşkil edir
  • Texniki xidmət, qulluq, istismar rejimləri və şəraiti ilə bağlı işlərin keyfiyyətinə və icra müddətinə nəzarət edir
  • İstehsal avadanlığına sistematik nəzarəti, onun təmirini və texniki qulluğu, NÖCvəA istismarı, montajı, texniki qulluq sahəsində ən yaxşı təcrübə və kayzenlərin tətbiq olunmasını təşkil edir
  • Tabeçilikdə olan işçi heyətinin işçi təlimatları, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi təlimatları, sənaye təhlükəsizliyi tələbləri barədə biliklərinə və onları icra etməsinə nəzarət edir
  • Məhsulların təhlükəsizlik menecmenti sisteminin (MTMS), ekoloji menecment sisteminin (EMS) aktual vəziyyətdə saxlanılması üçün tədbirlərin görülməsində iştirak edir

 

Namizədlərə tələblər:

  • Ali texniki təhsil
  • Mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 3 il iş təcrübəsi
  • MS Office, ERP (SAP, MES) informasiya sistemləri ilə qabaqcıl FK istifadəçisi səviyyəsində iş bacarıqları
  • Əməyin mühafizəsi, yanğın və sənaye təhlükəsizliyi qaydaları, mülki müdafiə və fövqəladə hallar üzrə təlim və attestasiyadan keçmə
  • İngilis dili bilikləri orta səviyyədə

 

Bilik və bacarıqlar:

  • Avadanlığın texniki istismar qaydaları
  • Nəzarət-ölçü cihazları və avtomatik, rabitə vasitələri və istehsal avadanlığı ilə işə dair rəhbər, normativ, təlimat və metodoloji materiallar
  • İstehsal proseslərinin texnologiyası
  • NÖCvəA, rabitə vasitələri və soyuducu avadanlığın quruluşu, onlara qulluq və təmir üsulları
  • Peşə fəaliyyətini tənzimləyən AR-nın qanunvericilik və qanunaltı aktları, dövlət hakimiyyəti orqanlarının qərar və sərəncamları, standartlar, texniki şərtlər, texniki təlimatlar və digər normativ sənədlər
  • Analitik düşüncə tərzi
  • Bilik və təcrübə mübadiləsi aparma bacarığı
  • Stressə davamlılıq

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.