Əsas vəzifə öhdəlikləri:
- Razılaşdırılmış xidmət səviyyələrinin, təhlükəsizlik tələblərinin və digər keyfiyyət standartlarının yerinə yetirilməsini təmin edən xidmətlərin göstərilməsinə rəhbərlik etmək
- Müvafiq siyasət və prosedurlara riayət olunmasını təmin etmək
- Əməliyyat metodlarını, prosedurlarını və imkanlarını yaratmaq, saxlamaq, onları effektivlik və səmərəlilik üzrə müntəzəm olaraq nəzərdən keçirmək
- Razılaşdırılmış xidmət səviyyələrinə cavab vermək üçün gündəlik idarəetmə, resursların planlaşdırılması və iş bölgüsü üzrə məsuliyyət daşımaq
- Maliyyə planları və proqnozlarını işləyib hazırlamaq. Xərcləri izləmək, idarə etmək, büdcə və xərclərin razılaşdırılmış tolerantlıqları aşdığı sahələri yoxlamaq
Tələblər:
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi və ya ekvivalent iş təcrübəsi
- Azərbaycan, rus və ingilis (orta səviyyədən yuxarı) dillərində sərbəst danışıq qabiliyyəti
- Rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi
Aşağıdakı texnoloji sahələr üzrə təcrübə:
- Microsoft Stack (AD, M365, Azure)
- VMware (HCI)
- Network (Cisco FPR, Catalyst, CUCM)
Üstünlük verilən sertifikatlar:
- ITIL / HDI – Xidmətin idarə edilməsi
- ISO 20000 / 27001
Yumşaq bacarıqlar (Soft skills):
- Ünsiyyət bacarıqları
- İdarəetmə və liderlik bacarıqları
- Güclü tənqidi düşünmə və qərar qəbul etmə bacarığı
- Maliyyə sahəsi üzrə biliklər
- Yüksək səviyyədə layihə idarəetmə bacarıqları və prioritetləşdirmə qabiliyyəti
- Yüksək səviyyədə analitik və problem həll etmə bacarıqları.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin vəzifə üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidlərə daxil olaraq, CV-zi gözlənilən əmək haqqı səviyyəsi ilə birgə buraya göndərin.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.