Menyu

İT üzrə baş mütəxəssis

Əsas vəzifə öhdəlikləri: 

  • Əməliyyat problemlərini araşdırır və həllini təmin edir
  • Şəbəkəyə xidmət üzrə razılaşdırılmış tapşırıqları və şəbəkə komponentlərinin təyin olunan operativ konfiqurasiyasını icra edir
  • İnfrastruktur servis və komponentlərinin təmin olunması/quraşdırılması, sazlanması və onlara xidmət
  • İnfrastruktura yüklənmə, məhsuldarlıq və təhlükəsizlik hadisələri üzrə monitorinq, ölçmə və hesabatlılıq
  • Təqdim olunan alətlərdən istifadə etməklə ehtiyat nüsxələməsini/bərpanı icra edir
  • Sistem proqram təminatına xidmət üzrə razılaşdırılan tapşırıqları icra edir
  • Standart sistem inzibatçılığı tapşırıqlarını spesifikasiyalara uyğun olaraq avtomatlaşdırır
  • Yeni və dəyişdirilmiş infrastrukturun təmin olunmasının, sınaqdan keçirilməsinin və açılmasının avtomatlaşdırılması üçün alətləri sazlayır və/və ya yaradır
  • Əməliyyat prosedurlarının düzgün tətbiq olunması üçün texniki ekspertizanı təmin edir
  • İnfrastruktura texniki xidmət və yenilənməsinin planlaşdırılması və həyata keçirilməsinə töhfə verir
  • Razılaşdırılmış dəyişiklikləri və infrastruktura xidmət prosedurlarını tətbiq edir
  • Mütəxəssislərə, istifadəçi və rəhbərlərə işin təkmilləşdirilməsi üzrə hesabat və təkliflər təqdim edir

 

Namizədlərə tələblər

  • Ali təhsil
  • İş təcrübəsi- 1-3 il
  • Azərbaycan, rus dili bilikləri- sərbəst səviyyədə, ingilis dili bilikləri - intermediate-dan aşağı olmayan səviyyədə
  • Diqqətcillik, empatiya, analitik bacarıqlar

 

Bilik və bacarıqlar:

  • VMWare vSphere 7 inzibatlaşdırılması bacarıqları
  • Windows 10 və Windows Server 2012/2016/2019 (Active Directory, GPO, Print Services) ƏS-nin inzibatlaşdırılması bacarıqları
  • Microsoft O365 inzibatlaşdırma bacarıqları
  • Şəbəkə avadanlığının (Cisco switches/firewalls) inzibatlaşdırılması bacarıqları
  • Ehtiyat nüsxələməsi alətlərinin (Veeam Backup / HPE Simplivity) idarə olunması
  • İT infrastruktur həllərinin işlənib hazırlanması, tətbiq olunması və sınaqdan keçirilməsi
  • Layihələrin razılaşdırılmış nəticələrinə nail olma

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub buraya göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.