Menyu

İT mütəxəssisi (Helpdesk)

Əsas vəzifə öhdəlikləri: 

  • Vahid təmas nöqtəsi kimi çıxış edərək, dəstək sorğularının qəbulu və emalı
  • Dəstək sorğularının icrası və ya onların həlli üçün məlumatların təqdim olunması vasitəsilə belə sorğuların geniş spektrinin cavablandırılması
  • Birinci xətdə araşdırma və diaqnostikanın aparılması, lazım olduqca həll edilməyən məsələlərin operativ şəkildə bölüşdürülməsi
  • ƏS, proqram və aparat təminatı üçün Windows iş yerlərinin dəstəklənməsi
  • Video konfransların dəstəklənməsi
  • Canon, HP və Epson printerlərinin dəstəklənməsi
  • Microsoft Office 365 tətbiqlərinin dəstəklənməsi
  • Ofis şəbəkəsinin dəstəklənməsi
  • Uçotun aparılması, istifadəçilərin proses barədə məlumatlandırılması və müvafiq şəxslərə görülən tədbirlər haqqında məlumat verilməsi

 

Namizədlərə tələblər

  • Ali və ya orta texniki təhsil (arzuolunandır)
  • İT sahəsindən 1 ildən artıq iş təcrübəsi
  • Azərbaycan və Rus dili bilikləri – mükəmməl; ingilis dili – texniki sənədləri oxuma səviyyəsində
  • Əsas şəbəkə texnologiyaları barədə biliklər
  • Şəbəkə və sistem idarəetmə vasitələri barədə biliklər
  • Şirkətin kompüterləri və orqtexnikasında nasazlıqların operativ diaqnostika üsulları barədə biliklər
  • Çalışqanlıq və təşəbbüskarlıq

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, gözlənilən əmək haqqını qeyd etməklə CV formasını doldurub, göndərməyiniz xahiş olunur. 

Ərizə qəbulu üçün son tarix: 30 sentyabr 2022-ci il.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.