Menyu

İT biznes həlləri üzrə analitik

Əsas vəzifə öhdəlikləri: 

  • İT biznes həlləri ilə bağlı əməliyyat problemlərini araşdırır və onların həllini təmin edir
  • İT biznes həllərinin predmet inzibatçılığı və müşayiətini həyata keçirir
  • İT funksiyasının ümumi planlarına əsasən işləri icra edir
  • Əməliyyat prosedurlarını dəstəkləyir və onların razılaşdırılmış standartlara uyğun olaraq yerinə yetirilməsini yoxlayır
  • İT biznes həlləri ilə bağlı risklərin idarə olunması sahəsində əsas tədbirləri həyata keçirir. Risklər, təhlükələr, boşluqlar və onların azaldılması üçün tədbirlər üzrə sənədləşməni aparır

 

Namizədlərə tələblər

  • Ali təhsil (texniki arzuolunandır)
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Yaxşı ERP (müəssisə resurslarının planlaşdırılması) və/və ya SFA (satışın avtomatlaşdırılması, CRM) bilikləri
  • Təchizat, satış, logistika sahəsində biznes prosesləri barədə biliklər
  • Biznes proseslərinin (BPMN, UML) vizuallaşdırılması, modelləşdirilməsi və sənədləşdirilməsi sahəsində praktiki təcrübə
  • Yaxşı ünsiyyət bacarıqları və proqram təminatının hazırlanması üzrə layihələrin idarə olunması (büdcə, resursların planlaşdırılması, razılaşmalar və s.) bacarıqları
  • Sorğuların hazırlanması və relyasiya strukturlu verilənlər bazasına (MS SQL) xidmət barədə biliklər üstünlükdür
  • Scrum, PMP/Prince2, ITIL sertifikatlarının olması arzuolunandır
  • Azərbaycan və Rus dili bilikləri – sərbəst səviyyədə; ingilis dili bilikləri - upper intermediate səviyyəsindəü
  • Risklərin idarə olunması sahəsində əsas biliklər
  • İcraçılıq və təşəbbüskarlıq

 

Əlaqə 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, gözlənilən əmək haqqı məbləğini qeyd etməklə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.

 

Müraciətlər üçün son tarix: 2022-ci il oktyabrın 12-si.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.