Menyu

İnzibati məsələlər üzrə şöbə rəhbəri

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətdə kargüzarlığın və arxiv işinin təşkili
  • Təmizlik işlərinin təşkili
  • Şirkət əməkdaşlarının korporativ nəqliyyatda daşınmasının təşkili
  • Şirkət əməkdaşlarının dəftərxana malları ilə təmin olunmasının təşkili
  • Şirkətin üçüncü şəxslərin müəyyən edilməsi üzrə Personal və İnzibati Məsələlər üzrə Departamentinin fəaliyyəti ilə əlaqəli olan tenderlərdə iştirak, müqavilələrin bağlanması və onlara nəzarət
  • Şirkətin istehsal prosesində yaranan qeyri-likvidlərin satışının təşkili
  • Şirkətin məişət texnikasına texniki qulluğun və təmirinin təşkili
  • Şirkət ərazisində əmələ gələn məişət tullantılarının daşınmasının təşkili
  • Keyterinqin təşkili
  • İnzibati Şöbənin büdcəsinin tərtibatı və nəzarət
  • Şirkətdə içməli su təminatının təşkili
  • Şirkətdə tibb məntəqəsinin fəaliyyətinin təşkili.

 

Namizədlərə tələblər:

  • ali təhsil
  • müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi.

 

 Bilik və bacarıqlar:

  • MS Word, Excel, Power Point, Teams, ERP-sistemlərində iş təcrübəsi
  • dil bilikləri: Azərbaycan və rus dili – mükəmməl, ingilis dili (arzuolunandır) – Pre-Intermediate səviyyəsində
  • şirkətin inzibati-təsərrüfat fəaliyyətinin təşkili prinsipləri barədə biliklər
  • sənəd dövriyyəsinin əsasları barədə biliklər
  • ünsiyyət qurma, danışıqların aparılması bacarıqları
  • işgüzar ünsiyyət etikası
  • qərar qəbulu bacarıqları
  • komandada iş, nəticə yönümlülük, öyrənmə və öyrətmə qabiliyyəti.

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.