Menyu

Effektivlik və kommersiya planlaşdırması üzrə analitik-mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin qiymət strategiyasının işlənib hazırlanması, region və satış kanalları kəsiyində qiymət dəyişikliyi ilə bağlı tövsiyələrin, həmçinin endirimlərin təqdim olunması;
  • Şirkətin çeşidlərin, tərəfdaş və müştərilərlə ticarət şərtlərinin idarə olunması üzrə kommersiya proseslərinin optimallaşdırılması;
  • Şirkətin maliyyə və həcm göstəricilərində sabit artımın təmin olunması;
  • Region və ayrı-ayrı ərazi kəsiyində həcm, bazar payı, mənfəət və marjinallıq artımında potensial təkanverici qüvvələrinin müəyyən edilməsi;
  • Ticarət nöqtələrinin kanal və subkanallara təsnifləşdirilməsinin əsas prinsiplərinin müəyyən edilməsi;
  • Promo təzyiqin, ortalama endirimin və həm ümumilikdə bazarın, həm şirkətin əhatə olunmasının təhlili.

 

Namizədlərə tələblər:

  • ali təhsil (iqtisadiyyat, biznesin idarə olunması sahəsində arzuolunandır);
  • beynəlxalq FMCG-də maliyyə, kommersiya planlaması, təhlil sahəsində ən azı 3 il iş təcrübəsi.

 

 Bilik və bacarıqlar:

  • iqtisadiyyatın əsasları, o cümlədən mənfəətin, gəlirliliyin və investisiya səmərəliliyinin hesablanması üsulları;
  • şirkətin fəaliyyətinin maliyyə göstəriciləri, həmçinin onlara təsir edən amillər barədə dərin anlayış;
  • menecment nəzəriyyəsi və təcrübəsi;
  • bazar, rəqib əhatəsi və makroiqtisadi vəziyyətin tədqiqi metodologiyası;
  • distribusiya kanallarının qurulması prinsipləri;
  • istehlakçılar, müştərilər və satış komandası üçün müxtəlif promo aksiya üsullarının planlaşdırılması və həyata keçirilməsi;
  • büdcələmə, büdcənin səmərəliliyinin idarə olunması və buna nəzarət üsulları;
  • satış və distribusiya göstəricilərinin biznes təhlili bacarıqları;
  • razılaşdırılmış məqsədlərə nail olmaq üçün satış kanallarının və marketinq tədbirlərinin inkişafının strateji planlaşdırması;
  • investisiya və çarpaz-funksional layihələrin idarə olunmasının qabaqcıl səviyyəsi;
  • ünsiyyət bacarıqları (işgüzar ünsiyyət etikası, danışıq və təqdimatların aparılması, qərar qəbulu, şikayətlərin aradan qaldırılması, liderlik, komanda işi, nəticəyönümlülük, öyrənmə və öyrətmə bacarığı).

 

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.